SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Opera və Balet Teatrı balet truppasının gənc solisti Cəmilə Kərimova dəvət alıb.

BAKU.WS xəbər verir ki o, sentyabrın 8-dən 17-dək Qazaxıstanın Astana şəhərində keçiriləcək III Beynəlxlaq Balet artistləri müsabiqəsində iştirak edəcək.

C.Kərimova Teatrda 2011-ci ildən çalışır. O, truppanın ən gənc, lakin böyük ümid verən solistlərindəndir. C.Kərimova Bakı Xoreoqrafiya Akademiyasının magistraturasında təhsil alır. Azərbaycan Respublikası Prezidentinin mükafatçısı, Qəmər Almaszadə adına I Beynəlxalq balet müsabiqəsinin Qran-Pri mükafatının sahibidir. 
 
C.Kərimova müsabiqədə "Qu gölü", "Don Kixot", "Yatmış gözəl", "Bayaderka" kimi klassik baletlərdən nümunələrlə çıxış edəcək. 
 
Aytən.H
BAKU.WS