VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Elnarə Xəlilova mərhum həmkarı Rəhim Rəhimli ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında ifaçı ilə olan son votsap yazışmalarını paylaşıb. Qeydlərdən Rəhim Rəhimlinin ölümündən bir müddət əvvəl yeni yutub kanalı açdığı məlum olub.

Xəlilova paylaşımına "Allah sənə rəhmət eləsin, Rəhim, Allah o dünyanı versin. Allah günahlarını bağışlasın. Arzuların var idi. Xəyalların da həmçinin... İnşallah, mahnılarında yaşayacaqsan" sözlərini də əlavə edərək ifaçının vəfatına görə kədərləndiyini bildirib. 

Xatırladaq ki, ürəktutmadan vəfat edən Rəhim Rəhimli ötən gün Bülbülə qəbiristanlığında dəfn edilib. O, uzun müddət idi sirrozadan əziyyət çəkirdi. 

Zöhrə Pənahi
BAKU.WS
QALEREYA