SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın toyudur.

BAKU.WS xəbər verir ki, Eşqin adlı bəylə ailə həyatı quran Aysunun şad günü paytaxt məkanlarından birində keçirilir.

Dəniz kənarında baş tutan toyda sənətçinin yaxın dost və tanışları iştirak edir. Onlar arasında tanınmış simalar da var. Toyda əsas diqqət çəkən məqamlardan biri Aysunun sadə gəlinliyə üstünlük verməsi olub. Şad günündə yaxınlarının və dost tanışlarının əhatəsində rəqs edən Aysun öz toyunda mahnı da ifa edib.

Rəqsanə İsmayılova isə toyda iştirak edə bilməyib. Qızı üçün toyunda hədiyyə təqdim edəcəyini deyən İsmayılovanın özünün və uşaqlarının səhhətində problem yaranıb. O, bu haqda sosial şəbəkədə bildirib. Toyda Aysunun 14 yaşlı bacısı Yağmur iştirak edib.

Qeyd edək ki, Aysunla Eşqin bu ilin yanvarında nişanlanıblar. Onlar daha sonra kəbin kəsdiriblər. Aysun açıq məkanda keçirilən toyları sevdiyindən cütlüyün toyu yay fəslində baş tutdu.

BAKU.WS
VİDEO

QALEREYA