İlin ilk yarısında apteklərdə vaxtı bitmiş 418 qutu dərmanın satışının qarşısı alınıb
08
iyl
2026
10:37
Azərbaycanda yanvar-iyun aylarında yararlıq müddəti bitmiş, saxlanma şərtlərinə riayət edilməyən və dövlət qeydiyyatı olmayan 157 adda, ümumilikdə 418 qutu dərman vasitəsi satışdan kənarlaşdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib.
Bildirilib ki, sözügedən dövrdə aparılan nəzarət tədbirləri çərçivəsində 107 əczaçılıq müəssisəsində ciddi nöqsanlar aşkarlanıb.
Nöqsanlara yol verən müəssisə sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.
Oxşar xəbərlər
Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq?
Bakıda yeni mikrorayonun salınması nəzərdə tutulur. BAKU.WS Bakıvaxtı.az-a istinadən xəbər verir ki, yeni mikrorayon Cəfər Xəndan küçəsi ərazisində salına bilər...