15 il əvvəl xəstə ziyarətinə gələn aktyor indi orada özü üçün donor gözləyir
Yeniliklərdən dərhal xəbərdar olun
Qaraciyər çatışmazlığından əziyyət çəkən aktyor Ufuk Özkanın illər əvvəl hazırda müalicə aldığı xəstəxanadakı xəstələri ziyarət etdiyi ortaya çıxıb.
BAKU.WS xəbər verir ki, 2011-ci ildə aktyor Antalyada yerləşən bir xəstəxananın orqan nəqli şöbəsini ziyarət edərək müalicə alan xəstələrə mənəvi dəstək göstərib.
Həmin ziyarət zamanı açıqlama verən Ufuk seriallarda orqan nəqli mövzusunun işıqlandırılmasını müsbət qarşıladığını bildirib.
O qeyd edib ki, belə görüntülərin yer alması cəmiyyət üçün olduqca vacibdir.
Aktyor bu ziyarətinin böyrək transplantasiyası olan yaxın dostu Cesur Devrim Altınokun təşəbbüsü ilə baş tutduğunu deyib.
Özkan, insanlara yardım etməyin və onların yanında olmağın ona böyük mənəvi rahatlıq verdiyini vurğulayıb.
Ufuk Özkanın illər əvvəl göstərdiyi bu həssas münasibət, bu gün yaşadığı çətin mübarizə fonunda yenidən gündəmə gəlib.
Hazırda isə o həmin xəstəxanada özü üçün donor gözləyir. Aktyora iki nəfər donor olsa da, aparılan analizlərdən sonra onların orqanın aktyora uyğun olmadığı müəyyən edilib.
Oxşar xəbərlər
Məşhur aktrisa müflis oldu, stressdən ayaqları tutuldu
Aktrisa Demet Evqar yeni xəbərlə gündəm olub. BAKU.WS xəbər verir ki, o prodüserliyini etdiyi "Macbeth" adlı layihəsinə görə böyük məbləğdə pul itirib. Maliyyə...