SİZİN REKLAM BURADA!
055 213 76 73


2022-ci il "Qremmi" Mükafatlandırma Mərasimində maraqlı anlar yaşanıb. 

BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, mərasimin aparıcısı, komediya aktyoru Neyt Barqatze mükafatları təqdim etmək üçün səhnəyə dəbilqə taxaraq çıxıb. 

Barqatze çıxışında "Dedilər ki, komediyaçılar mükafatlandırma mərasimlərinin zarafatlaşma bölümündə bunları geyinməlidirlər", deyərək 94-cü Oskar Mükafatlandırma mərasimində yaşanan hadisəyə mesaj göndərib.

Xatırladaq ki, bir müddət əvvəl 94-cü Oskar mükafatlandırma mərasimində məşhur aktyor Uill Smit aparıcı Kris Roka zarafatla sillə vurması ilə gündəmə gəlmişdi. Hadisə qısa zamanda gündəm mövzusu olmuşdu.

BAKU.WS
VİDEO