"Qremmi"nin mükafatlandırma mərasimində "sillə" göndərməsi: Dəbilqə ilə səhnəyə çıxdı - VİDEO

2022-ci il "Qremmi" Mükafatlandırma Mərasimində maraqlı anlar yaşanıb.
BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, mərasimin aparıcısı, komediya aktyoru Neyt Barqatze mükafatları təqdim etmək üçün səhnəyə dəbilqə taxaraq çıxıb.
Barqatze çıxışında "Dedilər ki, komediyaçılar mükafatlandırma mərasimlərinin zarafatlaşma bölümündə bunları geyinməlidirlər", deyərək 94-cü Oskar Mükafatlandırma mərasimində yaşanan hadisəyə mesaj göndərib.
Xatırladaq ki, bir müddət əvvəl 94-cü Oskar mükafatlandırma mərasimində məşhur aktyor Uill Smit aparıcı Kris Roka zarafatla sillə vurması ilə gündəmə gəlmişdi. Hadisə qısa zamanda gündəm mövzusu olmuşdu.
Oxşar xəbərlər
Sillələnən Rok ilk dəfə danışdı: "Hələ də hadisəni həzm etməyə çalışıram" - FOTO
Bu il 94-cü dəfə keçirilən "Oskar" mükafatlandırma mərasimində aktyor Vill Smitin həmkarı Kris Roka sillə vurması dünya mətbuatının gündəmini zəbt edib. Mötəbər...
