"Altın Kelebek"də göz oxşadılar - Məşhurların dəb yarışı (FOTOLAR)

Altın Kelebekdə göz oxşadılar - Məşhurların dəb yarışı (FOTOLAR)
Şou-biznes 6176
9 dekabr tarixində Türkiyənin İstanbul şəhərində 45-ci "Altın Kelebek" mükafatlandırma mərasimi baş tutdu. BAKU.WS-in məlumatına görə, Cem Davran və Çağla Şikelin aparıcılıq etdiyi gecədə ilin ən yaxşıları məlum oldu.Sözügedən mükafatlandırma mərasimini nahaqdan Türkiyənin "Oskar"ı adlandırmırlar. Belə ki, mükafata namizəd olan hər bir ulduz namizəd gecədə hamıdan gözəl və dəbli görünmək üçün az qala bir neçə ay əvvəldən hazırlaşır. Mərasimdən əvvəl keçirilən qırmızı xalıya çıxan tanınmışlar bu dəfə də geyimləri ilə göz oxşadılar: “Azərbaycanda ilin qadın müğənnisi” nominasiyası üzrə qalib olan Xalq artisti Aygün Kazımovanın hər iki geyimini yaxın dostu - dizayner Rüfət İsmayıl hazırlamışdı.
Türkiyədə yaşayan azərbaycanlı əsilli aktrisa Nəsrin Cavadzadə fotoqrafların diqqətini yenidən özünə cəlb etdi - gözəl qırmızı xalıda dərin dekolteli libasda görüntüləndi.
Mükafatlandırma mərasiminin açılışını edən gecənin əsas ulduzu Neslihan Atagül Doğulu qırmızı xalıya qızılı rəngli libasda göz oxşadı.
Türkiyənin tanınmış modeli Çağla Şikel isə həm qırmızı xalıda görüntüləndi, həm də mükafatlandırma mərasiminin aparıcılarından biri oldu.
Sibel Can
Gülben Ergen və oğlu
Qeyd edək ki, qaliblər 70 faiz xalq səsverməsi, 30 faiz isə münsiflər tərəfindən verilən səslərə görə müəyyənləşib:Ən yaxşı serial – “Çukur” Ən yaxşı klip – Hadisə “Farkımız var”Ən yaxşı romantik komediya serial : “Erkenci kuş” Ən yaxşı romantik komediya serialının aktyoru: Can Yaman Ən yaxşı romantik komediya serialının aktrisası: Demet Özdemir İlin mahnısı – Gazapizm “Heyecanı yok” Ən yaxşı DJ: Mahmut Orhan Ən yaxşı kişi pop ifaçısı – Edis Ən yaxşı qadın pop ifaçısı – Aleyna Tilki Ən yaxşı layihə - Yıldız Tilbe Ən yaxş kişi aparıcı: Acun IlıcalıƏn yaxşı qadın aparıcı : Müge Anlı Ən yaxşı komediya serialı: Çoçuklar duymasın Ən yaxşı komediya aktyoru: Çağlar Çorumlu Ən yaxşı komediya aktrisası: Pınar Altuğ Ən yaxşı musiqi qrupu – Atehna Ən yaxşı internet serial: Fi Ən yaxşı qadın aktrisa – Özge Özpirincçi Ən yaxşı kişi aktyor – Aras Bulut İynemliƏn yaxşı cütlük – İrem Helvacıoğlu və Ulaş Tuna Hüseyn MəmmədsalahovBAKU.WS

Oxşar xəbərlər

Müğənni Kərimin toyda döyülməsi ilə bağlı YENİ FAKT

Müğənni Kərimin toyda döyülməsi ilə bağlı YENİ FAKT

Müğənni Kərimin toyda döyülməsi ilə bağlı yeni fakt məlum olub. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, toyda fonoqram üstündə düşən davada Kərimin barmağın...

202 Şou-biznes 12:32 17 sentyabr 2024

Son xəbərlər