SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Müğənni Faiq Ağayev Nitsadakı terrora etiraz edib. 

Xalq artisti Faiq Ağayev Fransanın Nitsa şəhərində baş verən terroru şərh edib.

BAKU.WS xəbər verir ki, sənətçi "Facebook” profilində etirazını statusu ilə ifadə edib. "Dünyanın sonu gəlib. Soyuqqanlılıqla, kor-koranə, insanlar qətl edilir. Bunun sonu hara gedir?!” - deyə, xalq artisti qeyd edib.

Xatırladaq ki, Nitsa şəhərində baş verən terror nəticəsində 80-dən çox adamın öldüyü bildirilir. Terrorçuların bulvarda 2 kilometrə qədər sürdüyü yük maşını qarşısına çıxan hər kəsi əzib. Məlumata görə terrorçular daha sonra insanları atəşə tutublar. 100-dən çox yaralının olduğu qeyd edilir.

BAKU.WS