Faiq Ağayevi aldatdılar – FOTO
Azərbaycanın Xalq artisti Faiq Ağayevi aldadıblar.
BAKU WS xəbər verir ki, bu barədə müğənni "İnstagram” səhifəsində yazıb.
"Diqqət, dostlar! Yeni fırıldaq növü yaranıb. Siz də mənim kimi aldanmayın. Az öncə telefonuma 050 856 92 75 nömrəsindən zəng edən şəxs guya səhvən balansıma pul yüklədiniyini söylədi. Baxdım ki doğrudan da telefonuma bu barədə SMS gəlib. Özünü Elvin kimi təqdim edən Əbləh, rica etdi ki, həmin məbləğə ödəmə kartları alıb şifrələri SMS-lə ona göndərim. Heç hiylə hiss etmədən elə də etdim. Sən demə hesabıma pul yüklənməsi barədə SMS-i göndərən mobil operator deyilmiş, elə o aferistin özü imiş.
Ehtiyatlı olun əzizlərim, camaatın qəlb təmizliyindən istifadə edən belə oğrulara, cibgirlərə, şərəfsiz məxluqlara inanmayın”, - Faiq Ağayev yazıb.
BAKU WS
Oxşar xəbərlər
“Səs Azərbaycan”ın qalibinə 30 min verildi
Ölkənin ən böyük musiqi yarışması olan "Səs Azərbaycan”ın finalı baş tutub. BAKU.WS-in axşam.az-a istinadən məlumatına görə, finala vəsiqə qazanan Emiliya Yaqu...