"Səs Azərbaycan"da finaldır (FOTO, VİDEO)

Səs Azərbaycanda finaldır (FOTO, VİDEO)
Video
Şou-biznes 1376

 

Sabah AZTV-də yayımlanan "Səs Azərbaycan" musiqi yarışmasının finalıdır.

BAKU.WS məlumat verir ki, finalda qalan iştirakçıların arasında Faiq Ağayevi iştirakçısı da Hüseyn Abdullayev də var. Faiq Ağayev açıqlamasında bildirib ki, tələbəsi Hüseyn Abdullayevin finalda qalib gələcəyinə inanır:

"Ustad-münsif olaraq Hüseynin "Səs Azərbaycan" müsabiqəsindəki çıxışlarından xeyli razıyam, onu digər finalçılara əsaslı, qüvvətli rəqib, qələbəyə tam layiq bir müğənni sayıram. Yarımfinalda duet şəklində oxuduğumuz "Skaji qlazam tvoim" mahnısında Hüseynin sərgilədiyi ifa, zənnimcə ən yüksək qiymətə layiq oldu. Müəllif SSRİ xalq artisti Polad Bülbüloğlu onun səsini və ifa tərzini çox bəyənib, xoş sözlərini bildirdi. Gənc bir ifaçı üçün isə bu çox böyük göstərici, əvəzsiz bir rəydir! Tələbəmin final mərhələsindəki ifasına layiqli qiymət almasına inanıb, onu dəyərli tamaşaçılarımıza əmanət edirəm".

Qeyd edək ki, finalın qalibi yalnız sms səsverməsi ilə bəlli olacaq. Onu da əlavə edək ki, xalq artistinin tələbəsi H.Abdullayev sms səsvermə nəticələrinə görə yarımfinalın absolyut, qəti, tam lideri olub. O, yarımfinalda digər iştirakçılardan ayrı-ayrılıqda təqribən 2 dəfə daha çox səs toplayıb.

BAKU.WS 

Oxşar xəbərlər

"O ses Türkiye"də sevgililər rəqib oldu (VİDEO)

"O ses Türkiye"də sevgililər rəqib oldu (VİDEO)

TV8 kanalında yayımlanan "O ses Türkiye" musiqi yarışmasının duel mərhələsində maraqlı an yaşanıb. BAKU.WS məlumat verir ki, Gökhan-Hakan Özoğuzların komandas...

1124 Şou-biznes 15:27 27 yanvar 2016

Son xəbərlər