SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mən balaca olanda qonşuda bir qızın gözəl anası var idi. Etdiyi pislikləri anası ört-basdır edirdi. Onun etdiyi yaramazlığı mənim üstümə yıxırdı. Hər zaman mən müqəssir idim. O, günahsız idi. Həyatın qanunun o vaxtdan öyrənmişəm. Arxalı köpək qurd basar. Əzbərləmişəm bunu. Amma geci tezi var. Çox da gizli qalmayıb".

BAKU.WS xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə hesabında yazıb. Sənətçi daim həyatda gördüyü haqsızlıqlardan şikayətlənib:

"Çox da gizli qalmayıb, yalanlar üzə çıxıb. Kiməsə quyu qazanlar heç vaxt xeyir tapmayıb. Ola bilər müvəqqəti tapıb. Hər şey yerində olur. Sən yazdığını yaz, bax gör Allah nə yazır. Aldığım bu dərslərin xeyri də az olmadı. Qartal uçar göylərdə, səmada. Arxası bərk olsa da, o da təkdir. Köpək yenə köpəkdir. Bu həyat məktəbinin bir də yararı oldu. Köpəklərdən qorunmaq qəlbin qərarı oldu".

BAKU.WS
QALEREYA