14-cü uşağı olan azərbaycanlı ata: "Bizi dost-tanışın yanında utandırdılar" (FOTO)

Bərdə rayonunda ailənin 14-cü övladı dünyaya gəlib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Cəyirli kənd sakini Taleh İsgəndərovun ailəsinin 14-cü övladı olan Günay 2 ay öncə doğulsa da, ailə bunu mətbuatdan gizli saxlayıb.
Rayonda sürücü işləyən T. İsgəndərov xəbəri gizli saxlamalarının səbəbini belə izah edib: "13-cü uşaq doğulanda məni mətbuata çıxardılar, dedilər ki, çoxuşaqlı ailə kimi sizə maşın, yataq dəstləri, paltaryuyan veriləcək. Amma vermədilər. Bizi qohum-əqrəbanın, dost-tanışın yanında utandırdılar”.
Taleh İsgəndərovun 45, həyat yoldaşı Tünzalə İsgəndərovanın 37 yaşı var. Onların 19 övladı doğulsa da, beşi ölüb.
Övladların 7-si qız, 7-si oğlandır. Ailənin böyük oğlu hərbi xidmətdədir.
BAKU.WS








Oxşar xəbərlər
Hüseyn Dəryanın keçmiş həyat yoldaşı gizli eşq yaşayır (FOTO)
Mərhum repçi Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona Muradova gizli eşq yaşayır. BAKU.WS xəbər verir ki, hazırda "Gilavar” qrupunun prodüseri kimi fəaliyyət...
