Hüseyn Dəryanın keçmiş həyat yoldaşı gizli eşq yaşayır (FOTO)

Hüseyn Dəryanın keçmiş həyat yoldaşı gizli eşq yaşayır (FOTO)
Şou-biznes 9330

Mərhum repçi Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona Muradova gizli eşq yaşayır.

BAKU.WS xəbər verir ki, hazırda "Gilavar” qrupunun prodüseri kimi fəaliyyət göstərən S.Muradova "İnstagram” bloqunda maraqlı paylaşım edib.

O, əli sevgilisinin əlində çəkilən fotosunu sosial şəbəkədə yerləşdirib. Görünür, prodüser ikinci dəfə ailə həyatı quracaq. 

Amma maraqlıdır ki, S.Muradova bir müddət öncə "Mən ailə qurmaq haqqında qətiyyən düşünmürəm, sevgilim də olmayacaq” – demişdi:

"Çünki Cahangirin artıq 9 yaşı var, böyük kişidir. O, artıq hətta geyimimə qarışır deyir ki, filan paltarı geyin, ya da əksinə. Cahangir  nə qədər uşaq olsa da, çox qısqancdır. Evlilik həyatını bir dəfə yaşadım. Allah mənim qismətimə elə yazmışdı, mən də onu yaşadım. Başqasını nə sevmək, nə də ki, ailə qurmaq istəmirəm”.

Qeyd edək ki, Sona Muradova mərhum repçinin ikinci həyat yoldaşıdır. Onların Cahangir adlı bir oğulları var.

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

Aysel.Ş

BAKU.WS

Son xəbərlər