Bahalı həyat tərzi ilə daim diqqət çəkən keçmiş model Diana Əhədpur şəxsi həyatı ilə bağlı gündəm yaradacaq açıqlamalar verib.

BAKU.WS xəbər verir ki, hazırda Dubayda yaşayan Diana varlı kişi ilə ailəlidir. Varlı iş adamı ilə evli olan Əhədpur ondan 35 yaş kiçikdir. Rejissor Nail Kəmərlinin yutub layihəsinə qonaq olan Diana bu həyatda sağlamlıqdan sonra ən dəyərli şeyin pul olduğunu qeyd edib. O, ərinin ondan 35 yaş böyük olmasına əhəmiyyət vermədiyini və onu çox sevdiyini bildirib:

"Mən Dubayda yaşayıram deyə hər kəs elə bilir ki, Şeyxlə evliyəm. Lakin bu, belə deyil. Mən İran azərbaycanlısı ilə ailəliyəm. Biz onunla liftdə tanış olmuşuq. Həmin an həyatım 180 dərəcə dəyişdi. O an mənim üçün ən unudulmaz andır. Həyat yoldaşım mənim xilaskarımdır. Düşünürəm ki, bəxtimiz öz əlimizdədir. Özümüz öz həyatımızın memarıyıq.

Bugünkü həyatımı özüm seçmişəm. Özümdən 35 yaş böyük birinə ərə getməyi də özüm planlamışam. Hər zaman deyirdim, mənim üçün fərqi yoxdur, yaşlı olsun, cavan olmasın, amma pulu çox olsun. Uşaqlıqdan yaxşı yaşamağı arzulamışam. Nəyisə deyib və inanırıqsa, başımıza gəlir".

Daha sonra aparıcı D.Əhədpura hazırkı yoldaşı ilə puluna görə ailə həyatı qurub-qurmadığını soruşub. Keçmiş model isə cavabında bunu inkar etməyib:

"Desəm ki, yalandır, yalançı olaram. Amma pullu kişi çoxdur. İnsan tək pula görə həyatını məhv edə bilməz. Yoldaşımın böyük ürəyi olmasaydı, özümü pula görə məhv etməzdim. Ərə gedəndə bilirdim ki, yoldaşım məndən böyükdür. Pul mənim üçün sağlamlıqdan sonra hər şeydir".

BAKU.WS
VİDEO