SİZİN REKLAM BURADA!
055 213 76 73


Sosial şəbəkələrdən aktiv istifadə edən məşhurlar istər şəxsi, istərsə də dəbdəbəli həyat tərzini əks etdirən fotolar və görüntülər yayımlayırlar.

BAKU.WS xəbər verir ki, hər zaman bahalı geyimləri, evləri və maşınları ilə bağlı paylaşım edən sənət adamları bu dəfə ev heyvanları ilə marağa səbəb olublar.

BAKU.WS həmin ev heyvanı saxlayan məşhurları təqdim edir:

Xalq artisti Məleykə Əsədova evində balıq saxlayır. Bu haqda ifaçı özü məlumat verib. O, evinə böyük akvarium alıb. İfaçının bundan başqa evində Linda adlı pişik də var. Əsədova qızı Gülərin də ev heyvanlarını sevdiyini bildirib.

Avroviziya təmsilçilərimizdən olan müğənni Safura Əliyeva da sosial şəbəkədə tez-tez itlərinin görüntülərini yayımlayır. Onun itlərindən birinin adı Cazzdır. Safura sonuncu dəfə Cazzın televizor izləyərkən çəkilən görüntülərini yayımlayıb.

Müğənni Günay İbrahimli evində çoxlu pişik saxlayır. Bu haqda müsahibələrindən birində məlumat verən sənətçi əvvəllər 18 pişiyinin olduğunu bildirib. Hazırda isə İbrahimlinin 8 pişiyi var. Sənətçi pişiklərinin onun iş stressini azaltdığını deyib.

Xalq artisti Zülfiyyə Xanbabayeva ev heyvanı saxlayan məşhurlardandır. Sənətçi tez-tez instaqram hesabında ağ itinin görüntülərini paylaşır.

BAKU.WS