Ukrayna Milli Polisində xidmət edən azərbaycanlılar mükafatlandırılıb
Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşkilatçılığı 4 iyul - Polis Günü münasibətilə Ukrayna Milli Polisində işləyən bir qrup azərbaycanlı ilə görüş keçirilib, mükafatlar təqdim olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, diaspor nümayəndələri iştirak ediblər.
UABD-nin sədri müavini Elşad İbrahimov bildirib ki, hazırda müharibə şəraitində olan Ukraynada polis və digər hüquq-mühafizə orqanlarında çalışan azərbaycanlıların fəaliyyəti iki qat diqqətə layiqdir:
"Bu görüş bundan sonra ənənə halını alacaq. Ukrayna hüquq-mühafizə orqanlarında və digər strukturlarda çalışan azərbaycanlıların tarixi vətənləri Azərbaycana bağlılığı, azərbaycanlıların bu ölkədəki birliyi istiqamətində mühüm addım olacaq".
Elşad İbrahimov əlavə edib ki, bu görüşlər müntəzəm olaraq bölgələrdə işləyən azərbaycanlı polis və digər dövlət qulluqçularının xidməti yerlərində də davam etdiriləcək.
Professor Fərhad Turan və digərləri də çıxış edərək azərbaycanlı polislərə uğurlar arzulayıblar, peşə bayramlarını təbrik ediblər.
Daha sonra azərbaycanlı polislər Zeynal Nəsirov, Fərhad Niyazov, Aqil Namazaov, Ali Zeynalov, Tural Əmiraslanov və Eşqin Tanrıverdiyev UABD tərəfindən mükafatlara layiq görülüblər. Xidməti və məsafə səbəbindən tədbirə qatıla bilməyən digər azərbaycanlı polislərə də təbriklər ünvanlanıb və mükafatlar göndərilib.
Qalereya
Oxşar xəbərlər
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM
Yay mövsümündə istirahət planları aktuallaşır. Kimi ölkə xaricinə, kimi isə bölgələrə üz tutur. Şəhərin səs-küyündən uzaqlaşmaq istəyənlərin bir qismi isə bağ...