Məşhurların həftəsonu istirahətləri - FOTO

Məşhurların həftəsonu istirahətləri - FOTO
Şou-biznes 2216

Şou-biznes nümayəndələri sosial şəbəkədə keçirdikləri həftəsonu ilə bağlı paylaşımlar ediblər.

BAKU.WS xəbər verir ki, onlar “Instagram” hesablarında istirahətlərindən lentə alınan görüntüləri yayımlayıblar.

Bəziləri həftəsonunu evdə, bəziləri çimərlikdə, bəziləri isə də toyda keçirib.

BAKU.WS həmin görüntüləri təqdim edir:

Xalq artisti Aygün Kazımova həftəsonunda bölgələrimizdən birinə üz tutub. Lənkəranda istirahət edən sənətçi “Instagram” hesabında paylaşım edib. O, rayondan olan görüntüləri paylaşaraq “Gözəl Lənkəran” sözlərini əlavə edib.

Məşhurların həftəsonu istirahətləri - FOTO

Müğənni Gülay Zeynallı həftəsonunu evdə keçirib. O, qızı Sahilə ilə olan görüntülərini şəxsi “Instagram” hesabında yayımlayıb.

Məşhurların həftəsonu istirahətləri - FOTO

Əməkdar artist Könül Kərimova həftəsonu Gürcüstana yollanıb. Sənətçi sosial şəbəkədə Tbilisidə çəkilən fotosunu paylaşıb. İfaçının bu şəklinə 5 mindən çox “like” gəlib.

Məşhurların həftəsonu istirahətləri - FOTO

Əməkdar artist Ədalət Şükürov həmkarlarından fərqli olaraq həftəsonunu istirahətdə deyil, toyda keçirib. O, paytaxtdakı şadlıq sarayından birində səhnəyə çıxıb və həmin görüntüləri “Instagram”ında yayımlayıb.

Məşhurların həftəsonu istirahətləri - FOTO

Əməkdar artist Abbas Bağırov həftəsonunu rayonda keçirib. Şamaxıya üz tutan sənətçi orada istirahət edib. Abbas alpakalara ot verən zaman çəkilən fotolarını sosial şəbəkə hesabında yayımlayıb.

Məşhurların həftəsonu istirahətləri - FOTO

Müğənni Elvin Abdulayev də həftəsonunu toyda keçirən sənətçilərdəndir. O, məclisdə çəkilən görüntülərini şəxsi “Instagram” hesabında yayımlayıb.

Məşhurların həftəsonu istirahətləri - FOTO

Aktrisa Pərvin Abıyeva isə həftəsonunu şəhərdəki restoranlardan birində keçirib. O, Xalq artisti Miri Yusifin də səhnə aldığı məclisdən olan görüntülərini sosial şəbəkə hesabında paylaşıb.

Məşhurların həftəsonu istirahətləri - FOTO

Aparıcı Afaq Gəncəli isə Türkiyədə istirahətini davam etdirir. Sosial şəbəkədən aktiv istifadə edən aparıcı çimərlikdə çəkilən yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun bu şəkillərinə 19 mindən çox “like” gəlib.

Məşhurların həftəsonu istirahətləri - FOTO

Oxşar xəbərlər

Məşhurların həftəsonu istirahəti - FOTO

Məşhurların həftəsonu istirahəti - FOTO

Tanınmış şou-biznes nümayəndələri sosial şəbəkədəki paylaşımları ilə diqqət çəkiblər. BAKU.WS xəbər verir ki, onlar şəxsi “Instagram” hesablarında həftəsonu ist...

1600 Şou-biznes 16:59 05 iyul 2021

Son xəbərlər