Təranə Qumral ilə Könül Kərimova arasında qalmaqal. Efirdə aləm bir-birinə dəydi (VİDEO)
24
mar
2018
09:31
Ötən axşam Xəzər TV-də yayımlanan "5-də-5" verlişinin bayram abu-havalı efirində gərgin anlar yaşanıb. BAKU.WS xəbər verir ki, proqramın heyəti Təranə Qumral Musa Musayev cütlüyünü düşman kəsildiyi əməkdar artist Könül Kərimova ilə barışdırmaq üçün bir-birindən xəbərsiz efirə çağırıb. Olanlardan xəbər tutan Könül Kərimova efirə çıxmayıb və Xəzər TV-nin başqa studiyaların birində öz çıxışını gözləyib. Verlişin aparıcısı Zaur Kamal Musa və Təranənin yanında Könülə telefon açıb. Əsəbi şəkildə dəstəyi qaldıran Kərimova Zaurun bu hərəkətini onun başına qaxınc edib və ona bərk qəzəblənib. Proqramın aparıcısı Könülün qəlbini yumuşaldmaq üçün bu sözləri söyləyib. "Ay Könül onların cəmi 1 çıxışı qalıb, ifa edib çıxıb gedirlər, studiyaya gəl səni biz gözləyirik." Könül isə ayağını bir başmağa dirəyərək Musa və Təranə ilə bir verlişə çıxmaqdan imtina edib. "Onlar çıxıb getsinlər, gələrəm" - deyərək Könül dəstəyi asıb. Könül ilə Zaurun bu söhbətini eşidən cütlük əsəbdən qan ağlayıblar. Zaur isə aranı sakitləşdirmək üçün "Sizi bayram günü baeışdırmaq istəyirəm.Hamınız mehriban olasız. Mənim xətrimə bir neçə dəqiqəlik studiyadan çıxın, kulisdə gözləyin. Könüldə bilməsin və efirə gəlsin" deməsi qarşı tərəfi cin atına mindirib. Təranə əlinə mikrofon alıb sərt şəkildə Könülün bi hərəkətini qinayib. "Xəzər heç kimin atasının igamətgahı deyil. Bura hamımızındır. Mən səni Zaur bilirsən niyə çox istəyirəm, çünki sən hər birimizi qonaq çağırırsan heç kəsə qonaqlar arasında ayrı-seçkiliyə imkan vermirsən. Biz heç yerə getməyəcəyik. İstər Könül, istər Nüşabə istərsədə onların rəfiqəsi Nazənində gəlsədə efirdən çıxmayacağam. Yaranan qarşıdurmaya nöqtəni qoyan isə Təranənin həyat yoldaşı Musa olub. Beləki ona ürək-dirək verən Musa, "Biz hamını Bayram munasibəti ilə təbrik edirik. Kimə xoşdursa gəlsin otursun efirdə iştirak etsin, kimə xoş deyilsə çəxıb getsin" söyləyib. Zaur isə alovlanan qalmaqalın üstünə su səpib və cütlükdən mahnı ifa etməklərini rica edib. Musa ilə Təranə çıxışlarını yekunlaşdırıb efiri tərk ediblər. Verlişin sonunda illərin rəfiqələri əməkdar artistlər Könül Kərimova ilə Nüşabə Ələsgərli studiyaya daxil olub mahnı sovqatlarını tamaşaçılarla bölüşüblər. Daha sonra verlişin aparıcısı Zaur Kamal Nüşabə ilə Könülə bu bayram günündə umu-küsünü unudub danışmadıqları həmkarları ilə barışmağa sövq edib. Könül cavab olaraq heç vaxt barışmaran sözünü dilə getirməkdən çəkinib. O bildirdi ki, həyatdır bir gün küsülü olarsan zaman vaxt keçən yenə barışarsan. Bu anda isə hər kəsi ŞOK-a salacaq hadisə baş verdi. Studiyaya səssiz-səmirsiz və dəvətsiz Könül ilə Nüşabənin küsülü olan həmkarı Təranə Qumral daxil olub."Mən elə bildim ki, verliş bitib siz öz aranızda söhbət edirsiz. Telefonum yadımdan çıxıb qalıb burada. Onun götürmək üçün buraya qayıtmalı oldum". Könül isə dərhal əl-ayağa düşüb, rəng verib rəng alıb. Əməkdar artist Zaurun planlı şəkildə bu hərəkətindən əsəbləşərək əlinə mikrofon alıb bunları söyləyib:"Bu efir önündə danışılası və çozüləsi bir məsələ deyil" Bu sözlərdən sonra Könül efiri tərk edib.Təranə isə yaşananlara belə aydınlıq gətirib. "Mənim nə Könül ilə nədə ki Nüşabə ilə heç bir problemim yoxdur. Mən başa düşə bilmirəm bunlar niyə belə hərəkət edirlər. Zəng edir Könül efirə söyləyir ki, mən Təranə ilə efirə çıxmaq istəmirəm." Nüşabə isə öz növbəsində Zaurun düzgün hərəkət etmədiyini dilə gətirib:"Mənim Təranə ilə salam, sağol, necəsən-im var. Nə mən onun evini tanıyıram, nədə ki o mənim. Bizim aramızda hörmət var. Sən Zaur gərək belə etməzdin. Könüldə inciyib, küsüb getdi." Zaur isə Nüşabəyə cavab olaraq, burda mənim heç bir günahım yoxdur. Mən hardan bilərdim ki, Təranə yenidən efirə qələcək. Mən bayram günü istədim ki Nüşabə sizi Könülü Təranə ilə barışdırmaq istədim. Siz isə barışmaq istəmədiniz. Ondansa Sizdən verlişimizin sonudur bir ifa gəlsin. 5-də-5 verlişində baş verən qalmaqallı və səs-küylü görüntüləri sizə təqdim edirik: Rəşad Əliyev BAKU.WS
.
.
Oxşar xəbərlər
Zaur Kamal Könül Kərimovanı efirdə biabır etdi : 172 manat borcun var (VİDEO)
Xəzər TV-də yayımlanan 5-də-5 verlişinin aparıcısı Zaur Kamal əməkdar artist müğənni Könül Kərimovanın canlı efirdə pərt edib. BAKU.WS məlumatına görə, Zaur Kön...