Müğənni Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verdi
18
okt
2017
17:50
Tanınmış müğənni Könül Kərimova Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsini məhkəmə verib."Report"un məlumatına görə, məhkəməyə müraciət edən müğənni torpaq mübahisələri ilə bağlı tələb irəli sürüb.İddiaya1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.Müğənni Könül Kərimova "Report"a açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, məsələ ilə bağlı geniş açıqlama vermək istəmədiyini bildirib: "Bu işlə vəkilim məşğul olur. Bu barədə danışmağımın mənası yoxdur".BAKU.WS
Oxşar xəbərlər
Sabiq deputatın oğlu DİN-i məhkəməyə verdi
Milli Məclisin sabiq deputatı Fərhad Qəribovun oğlu Elnur Qəribov 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.BAKU.WS Report-a istinadən xəbər veri...