Könül Kərimova qızını zəncirləyən ataya hücum çəkdi - VİDEO

Könül Kərimova qızını zəncirləyən ataya hücum çəkdi - VİDEO
Video
Hadisə 5269
 

Ötən gün "Xəzər” tv də yayaımlanan "Bizə danış” verilişində olduqca qalmaqallı hadisə yaşanıb.

Bizimyol.info xəbər verir ki, məşhur aparıcı Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Bizə danış” verilişində qızını 8 il zəncirləyərək tövlədə saxlayan ata efirə çıxıb. Nəticədə günlərdir insanların müzkirə etdiyi hadisəni törədən şəxsə efirdə çoxsaylı iradlar bildirilib.

Həmin gün verilişə çağırılmadan təklif buyuran müğənni Könül Kərimova baş verən hadisəyə üsyan edib. O qızını 8 il mal tövləsində saxlayan atanın üzərinə hücum edərək bu hadisədən çox sarsıntı keçirdiyini, belə hadisəyə dözə bilmədiyini bildirib. Sonda müğənni həmin ata ilə üz-üzə qala bilməyərək verilişi tərk edib. Ardınca isə məşhur vəkil Şəfiqə Nağıyeva da əsəbləşərək proqramı tərk edib.

BAKU.WS

Son xəbərlər