Ürəyi dayanan 30 yaşlı aktyorun son vəziyyəti açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 28-də ürəyi dayanan və reanimasiyaya yerləşdirilən 30 yaşlı aktyor Oktay Çubukdan xəbər var.
BAKU.WS-in məlumatına görə, onun səhhətində irəliləyiş olduğundan normal otağa köçürülüb.
Həkimlərin nəzarəti altında müalicəsi davam etdirilən Çubukun vəziyyətinin stabil olduğu bildirilir.
Xatırladaq ki, Oktay Çubuk bir neçə gün əvvəl həyati təhlükə ilə üz-üzə qalmışdı.
Anasının işi ilə əlaqədar Lissabona gedən 30 yaşlı aktyor qaldığı otelin idman zalında qaçış trenajorunda məşq edərkən qəfil halı pisləşib və ürəyi dayanıb.
Hadisə yerində göstərilən ilkin tibbi yardım nəticəsində aktyorun ürək fəaliyyəti bərpa olunub və o, dərhal reanimasiyaya yerləşdirilib.
O son olaraq "Sürgünlər" serialının ikinci mövsümünün çəkilişlərində iştirak edib.
Oxşar xəbərlər
Azərbaycanlı şoumenin 2,3 milyon aliment borcu var
Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigez (Timur Kərimov) keçmiş həyat yoldaşı Anna Devoçkinaya 2 milyon 370 min rubl aliment borcu ödəməlidir. BAKU.WS "...