VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Əməkdar artist Abbas Bağırovla "Space" kanalı arasında qalmaqal baş verib. 

BAKU.WS məlumat verir ki, müğənni bu gün dəvət olunduğu "Hər səhər" verilişinə gecikdiyi üçün telekanala buraxılmayıb. İfaçı bu haqda Instagram hesabında məlumat paylaşıb:

"Bu gün saat 09:30-da canlı yayımda olmalı idim. Düz 5 dəqiqə gecikdim. "Space" telekanalının qeyri-peşəkar işçisi "Siz gecikmisiniz, mənə tapşırılıb ki, sizi buraxmayım" dedi. Bunu mənə Space TV-nin girişində qapıda dayanan insan dedi. Lap yaxşı. Bundan sonra mən Space TV-yə çıxmayacam. Onu da deyim ki, mən bu günə kimi heç bir televiziya verilişinə gecikməmişəm. Canlı yayım olmasa belə".
 
BAKU.WS