VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərkəzi Seçki Komissiyası 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı təcili iclasda 33 saylı xətai birinci seçki dairəsi ilə bağlı şikayətlərə də baxıb.

BAKU.WS xəbər verir ki, şikayətlərlə bağlı aparılan müzakirələr nəticəsində həmin dairənin nəticələri ləğv olunub.

Qeyd edək ki, həmin dairə üzrə Hüseynbala Mirələmov 47.1 faiz səs toplayaraq lider namizəd idi.
İclasda bundan öncə Çingiz Qənizadə, Rauf ArifoğluHadı Rəcəblinin qalib gəldiyi dairələr üzrə nəticələr ləğv edilib.

***

BAKU.WS xəbər verir ki, iclasda 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə səsvermənin nəticələri ilə bağlı edilmiş şikayətlərə baxılıb.

Şikayətlər təmin edilib və dairənin nəticələri ləğv olunub.

Qeyd edək ki, H.Rəcəbli 53.1 faiz səs toplayaraq həmin dairədə lider namizəd idi.

İclasda bundan öncə Çingiz Qənizadənin lider namizəd olduğu 80 saylı İmişli-Beyləqan və Rauf Arifoğlunun lider namizəd olduğu 35 saylı Xətai üçüncü seçki dairəsinin nəticələri ləğv edilmişdi.

***17:15

BAKU.WS xəbər verir ki, iclasda 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə səsvermənin nəticələri ilə bağlı edilmiş şikayətlərə baxılıb.

Şikayətlər təmin edilib və dairənin nəticələri ləğv olunub.

Qeyd edək ki, R.Arifoğlu 49.2 faiz səs toplayaraq həmin dairədə lider namizəd idi.

İclasda bundan öncə Çingiz Qənizadənin lider namizəd olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsi nəticələri ləğv edilmişdi.

***16:49

Mərkəzi Seçki Komissiyası 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticəsini ləğv edib.

BAKU.WS xəbər verir ki, bu barədə MSK-nın bu gün fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin nəticələrinə həsr olunmuş iclasında məlumat verilib.

MSK katibi Arifə Muxtarova həmin dairədən deputatlığa namizədlər - Hikmət Şirinov və Razim Əmiraslanovun müraciətinə baxıldığını bildirib.

Onun sözlərinə görə, seçkidən sonra səslərin hesablanması zamanı müşahidəçilərin səsverməni hesablamasına komissiya tərəfindən maneə yaradılıb, bəzi məntəqələrdə pozuntular aşkarlanıb.

Nəticə etibarilə həmin dairənin nəticələri ləğv edilib.

***16:00

Mərkəzi Seçki Komissiyası 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı təcili iclas keçirir.

BAKU.WS-in iclasda iştirak edən müxbirinin verdiyi məlumata görə, iclasda səsvermə prosesi ilə bağlı edilən şikayətlər üzrə aparılan araşdırmaların nəticələri elan olunacaq.

Həmçinin bəzi seçki dairələri üzrə nəticələrin ləğv olunub-olunmayacağı da elan olunacaq.

Xəbər yenilənəcək...

Fərid ƏDLAƏT
BAKU.WS