Onlar üçüncü dəfə seçildi: Rəqəmlər nə deyir? - SİYAHI
Ötən gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərin nəticələri onu deməyə əsas verir ki, bəzi deputatlar artıq üçüncü dəfə Milli Məclisdə öz yerlərini tutacaqlar.
BAKU.WS Oxu.Az-a istinadən təkrar seçilən bir neçə namizədin son üç parlament seçkisində topladıqları səs faizlərini, bu illər ərzində ictimaiyyətin yaxından tanıdığı deputatlara xalqın etimad faizini müqayisə edib:
10 il əvvələ qayıdıb seçki nəticələrinə nəzər salaq.
Belə ki, 2010-cu ildə respublika üzrə seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayı 4 milyon 928 min 594 nəfər olub. Səsvermədə iştirak edən seçicilərin sayı isə 2 milyon 442 min 365 nəfər təşkil edib. Həmin il 125 dairə seçki komissiyası təşkil olunub. Yekunda 46 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız hesab edilib. Ümumilikdə 2010-cu ildə seçkilərdə 33 partiya və 690 namizəd iştirak edib.
Beş il sonra, yəni 2015-ci ildə keçirilən növbəti parlament seçkilərində seçicilərin ümumi sayı 5 milyon 211 min 765 nəfər olub. Səsvermədə iştirak edən seçicilərin sayı isə 2 milyon 894 min 515 nəfər təşkil edib. Həmin il 125 dairə seçki komissiyaları təşkil olunub. Səsvermənin nəticələri etibarsız hesab edilmiş 58 seçki məntəqəsi müəyyən edilib. Ümumilikdə 2015-ci ildə seçkilərdə 769 namizəd iştirak edib.
2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində seçicilərin ümumi sayı 5 milyon 329 min 460 nəfər olub. Ölkə üzrə seçkidə ümumilikdə 2 milyon 547 min 982 seçici iştirak edib. Səsvermə 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilib. Ümumilikdə, 2020-ci ildə seçkilərdə 2431 nəfər namizədliyini irəli sürüb. Deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən seçki gününə qədər 321 nəfəri deputatlığa namizədliyini geri götürüb, MSK tərəfindən isə iki nəfərin deputatlığa namizədliyini ləğv edilib. Yekun olaraq parlament seçkilərində 1314 nəfər deputatlığa namizəd mübarizə aparıb.
2010-cu il üzrə namizədlərin topladıqları səs faizləri:
26 saylı Sabunçu birinci seçki dairəsi - Mustafa Fazil Qəzənfər - 51.89%
23 saylı Nəsimi-Səbail seçki dairəsi - Səmədzadə Ziyad Əliabbas - 76.23%
93 saylı Bərdə şəhər seçki dairəsi - Orucov Zahid Məhərrəm - 82.89%
60 saylı Salyan-Neftçala seçki dairəsi - Ağamalı Fəzail Rəhim - 50.87%
8 saylı Binəqədi birinci seçki dairəsi - Əsədov Oqtay Sabir oğlu - 82.56%
99 saylı Şəmkir kənd seçki dairəsi - İbrahimqızı Məlahət İbrahim - 66.32%
116 saylı Qəbələ Seçki dairəsi - Heydərov Fəttah Səməd - 78.61%
33 saylı Xətai Birinci Seçki dairəsi - Mirələmov Hüseynbala Fazil - 65.33%
20 saylı Nərimanov İkinci Seçki dairəsi - Əliyev Adil Abış - 62.17%
10 saylı Binəqədi Üçüncü Seçki dairəsi - Musayev Madər Əliəsgər - 76.51%
74 saylı Lənkəran Kənd Seçki dairəsi - Rəcəbli Hadı Musa - 69.28%
2015-ci il üzrə namizədlərin topladıqları səs faizləri:
26 saylı Sabunçu birinci seçki dairəsi - Mustafa Fazil Qəzənfər - 53.4%
23 saylı Nəsimi-Səbail seçki dairəsi - Səmədzadə Ziyad Əliabbas - 74.7%
93 saylı Bərdə şəhər seçki dairəsi - Orucov Zahid Məhərrəm - 71.8%
60 saylı Salyan-Neftçala seçki dairəsi - Ağamalı Fəzail Rəhim - 69.2%
8 saylı Binəqədi birinci seçki dairəsi - Əsədov Oqtay Sabir oğlu - 84.2%
99 Şəmkir kənd seçki dairəsi - İbrahimqızı Məlahət İbrahim - 74.8%
116 saylı Qəbələ Seçki dairəsi - Heydərov Fəttah Səməd - 80.6%
33 saylı Xətai Birinci seçki dairəsi - Mirələmov Hüseynbala - Fazil - 70,8%
20 saylı Nərimanov ikinci seçki dairəsi - Əliyev Adil Abış - 65,6%
10 saylı Binəqədi üçüncü seçki dairəsi - Musayev Madər Əliəsgər - 78,1%
74 saylı Lənkəran kənd seçki dairəsi - Rəcəbli Hadı Musa - 69.3%
2020-ci il üzrə namizədlərin topladıqları səs faizləri:
26 saylı Sabunçu birinci seçki dairəsi - Mustafa Fazil Qəzənfər - 47.6%
23 saylı Nəsimi-Səbail seçki dairəsi - Səmədzadə Ziyad Əliabbas - 45.8%
93 saylı Bərdə şəhər seçki dairəsi - Orucov Zahid Məhərrəm - 69.6%
60 saylı Salyan-Neftçala seçki dairəsi - Ağamalı Fəzail Rəhim - 49.2%
8 saylı Binəqədi birinci seçki dairəsi - Əsədov Oqtay Sabir oğlu - 67.7%
99 saylı Şəmkir kənd seçki dairəsi - İbrahimqızı Məlahət İbrahim - 56.9%
116 saylı Qəbələ seçki dairəsi - Heydərov Fəttah Səməd - 75.5%
33 saylı Xətai birinci seçki dairəsi - Mirələmov Hüseynbala Fazil - 47.1%
20 saylı Nərimanov İkinci Seçki dairəsi - Əliyev Adil Abış - 60%
10 saylı Binəqədi üçüncü seçki dairəsi - Musayev Madər Əliəsgər - 64.6%
74 saylı Lənkəran kənd seçki dairəsi - Rəcəbli Hadı Musa - 53.4%
Oxşar xəbərlər
Rusiya Federasiya Şurası seçkilərin gedişindən razı qalıb
Seçkilər mənə və mənim həmkarlarıma yaxşı təsir bağışladı. BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu Rusiya Federasiya Şurasından müşahidə missiyasının üzvü A...