Rusiya Federasiya Şurası seçkilərin gedişindən razı qalıb
Seçkilər mənə və mənim həmkarlarıma yaxşı təsir bağışladı.
BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu Rusiya Federasiya Şurasından müşahidə missiyasının üzvü Arkadi Çernitski mətbuat konfransında deyib.
O bildirib ki, səsvermə zamanı nəinki ciddi, hətta xırda pozuntular da aşkar edilməyib:
"Görünür ki, seçki komissiyasının üzvləri reqlamentə tam əməl etməyə çalışıblar. Milli Məclisin yeni formalaşacaq tərkibinə Azərbaycan naminə məhsuldar iş görməyi arzulayırıq".
Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.
Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.
Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.
Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.
Oxşar xəbərlər
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı
Milli Məclisə seçkilərdə aktiv və passiv seçki dairələri açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin...