Yelo Bank fiziki məhdudiyyəti olan sahibkarları təmənnasız dəstəklədi
Yelo Bank Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında imzalanmış memoranduma qoşuldu.
Sənədə əsasən, nazirlik, Mərkəzi Bank və ABA həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi üçün əməkdaşlıq edəcəklər.
Beləliklə, Yelo Bank öz biznesinin yaradılması üçün üç aztəminatlı ailəyə təmənnasız olaraq müxtəlif avadanlıqlar verir. Tikiş avadanlıqlarını paytaxtın Yasamal rayonunun sakini İranə Vəliyeva və Bərdə şəhərindən Vəzifə İsbəndiyarova alacaq. Göygöl rayonunun sakini Nəcəf Hüseynova isə mebel kəsimi üçün avadanlıq təqdim ediləcək.
Onlar xüsusi karantin rejimi başa çatdıqdan sonra fəaliyyətə başlayacaqlar.
Yelo Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia bildirib ki, hər üç tərəfdaşın fiziki məhdudiyyətinin olması layihəyə xüsusi dəyər qatır:
"Korporativ sosial məsuliyyət Yelo Bankın strategiyasının ayrılmaz hissəsidir. Bir bank olaraq biz fəaliyyətimizlə Azərbaycan vətəndaşlarının yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq. Bizim fəlsəfəmiz sadədir - biznesin və cəmiyyətin uğuru ayrılmazdır".
Oxşar xəbərlər
Yelo Bank Lənkəran və Bərdədə aztəminatlı ailələri sevindirdi - FOTO
Yeni dəyərlər yaradan Yelo Bank xalqımızın dəyərlərini yaşatmağa davam edir. Belə ki, Novruz bayramı ilə əlaqədar Yelo Bank "Novruz xonçası" layihəsinə start ve...