Yelo Bank Lənkəran və Bərdədə aztəminatlı ailələri sevindirdi - FOTO
Yeni dəyərlər yaradan Yelo Bank xalqımızın dəyərlərini yaşatmağa davam edir. Belə ki, Novruz bayramı ilə əlaqədar Yelo Bank "Novruz xonçası" layihəsinə start verib.
Layihə çərçivəsində Yelo Bank ailəsi müxtəlif regionlarda yaşayan aztəminatlı ailələrə Novruz atributları və qida məhsullarından ibarət bayram sovqatı paylayır.
İlk olaraq estafeti qəbul edən "Lənkəran" filialının əməkdaşları Su çərşənbəsində Xəzər dənizinin cənub sahillərində yaşayan azətminatlı ailələri sevindirdi.
"Lənkəran" filialından estefati təhvil alan "Bərdə" filialının kollektivi isə adıçəkilən rayonun insanlarına Od çərşənbəsində bayram əhval-ruhiyyəsi bəxş etdi.
Ardınca "Bərdə" filialı estafeti "Gəncə" filialına ötürdü. Beləliklə, Yel çərşənbəsində Gəncədə yaşayan aztəminatlı ailələr Yelo Bankın "Novruz xonçası"na qonaq olacaq.
Qeyd edək ki, "Gəncə" filialı estafeti Yelo Bankın baş ofisinə, Bakı və Abşeron yarımadasında fəaliyyət göstərən filiallarına ötürəcək. Novruzun ilaxır - Torpaq çərşənbəsində bankın rəhbərliyi, Bakı və Sumqayıt filiallarının kollektivi bu ərazilərdə yaşayan insanları sevindirəcək.
Ürəklə və təbəssümlə xidmət etmək üçün dəyişən Yelo Bank yalnız müştərilərinə deyil, hər kəsə təbəssüm bəxş etməkdən məmnundur.
Qalereya
Oxşar xəbərlər
Yelo Bank ötən ili mənfəətlə başa vurub
2019-cu ili rebrendinq prosesində olan Yelo Bank (keçmiş Nikoil Bank) üçün olduqca uğurlu hesab etmək olar. İlin sonuna Yelo Bankın aktivləri 16.23% artaraq 484...