Adını dəyişdi, rəqibi ilə birləşdi, 2 devalvasiyadan çıxdı... - BU GÜN 25 YAŞINI QEYD EDİR

Adını dəyişdi, rəqibi ilə birləşdi, 2 devalvasiyadan çıxdı... - BU GÜN 25 YAŞINI QEYD EDİR
Promo 1688
Müstəqilliyimizin ilk illərində yaradılmış banklardan biri “Tuqay” kommersiya bankı olmuşdur. 14 Fevral 1994-cü il tarixində yola çıxan bank ötən illər ərzində rebrendinq, birləşmə, böhran, devalvasiya daxil bir çox iqtisadi hadisələri yaşamışdır. Bank 3 il “Tuqay” adı ilə fəaliyyət göstərmişdir. Bankın adı səhmdarlarının qərarı ilə dəyişdirilmiş və 10 fevral 1997-ci il tarixindən ”Bank of Baku” kimi adlandırılmışdır. FÜRSƏTDƏN İSTİFADƏ ETMƏYİ BACARDI 2001-ci ildən başlayaraq neft müqavilələrindən ölkəmizə daxil olan valyutanın artması, İlham Əliyevin Prezident seçilməsilə islahatların sürətlənməsi, büdcə xərcləri hesabına çoxsaylı layihələrin reallaşdırılması ilə iqtisadi inkişafda sıçrayış yaşanırdı. Yeni iş yerlərinin açılması və sahibkarlığın inkişafı ilə əhalinin gəlirləri artmağa başlamışdı. Artıq başqa bir dövr idi. Belə bir dövrü düzgün qiymətləndirən banklardan biri “Bank of Baku” oldu. Bank fəaliyyət istiqamətini banklararası xidmətlər bazarından pərakəndə bank xidmətləri, kiçik və orta sahibkarlıq və korporativ seqmentə yönəltdi. BİRLƏŞMƏ İLƏ SÜRƏTLƏNƏN FİLİALLAŞMA “Bank of Baku”nun yeni konsepti uğurlu oldu. Bank xidmətlərinin daha müasir təqdim edilməsi sayəsində müştərilərin sayı gündən – günə artırdı. 2002-ci ildə ilk “Azneft” filialı açıldı. Bu filial da kifayət etmədi. 2003 və 2004-cü ildə daha 2 filial açıldı. Yeni filialların açılması 2005-ci ilin əvvəlində “Bank of Baku” və “İlkbank”ın birləşməsindən sonra sürətləndi. Qarşıdakı 2 il ərzində 15 filial istifadəyə verildi. Yeni filialların istifadəyə verilməsi prosesi 2014-cü ilədək davam etdi. İLKLƏR 2008-ci idlən başlayaraq bank bir sıra ilklərə imza atır, pulköçürmə və ödəniş sistemlərinə qoşulur, yeni xidmətlərin və texnologiyaların tətbiqinə başlayır. "Bank of Baku" dəyişən həyat şərtlərini və inkişaf edən texnologiyaları diqqətlə təqib və tətbiq edir. “Bank of Baku”nun 25 il ərzində imza atdığı ilklərdən bir neçəsi aşağıdakılardır: -Dostlar Klubu layihəsi – bank sektorunda müştərilər üçün yaradılan ilk loyallıq klubu,-Müştərilərin xidmətinə ödəniş terminalını təqdim edən ilk bank,-Q-matik sistemi ilə xidmət göstərən ilk bank,-SMS bankçılıq və İnternet bankçılıq xidmətlərini ilk dəfə müştərilərinə təqdim edən bank,-Kredit ödənişlərinin onlayn platformada həyata keçirilməsini mümkün edən ilk bank,-Korporativ saytdan audio və video zəng xidməti ilə müraciətləri qəbul edən ilk bank,-Ölkənin bankçılıq tarixində Elektron Hökumət portalı ilə əməkdaşlıqda kredit rəsmiləşdiləşdirilməsi üçün elektron arayışdan istifadə imkanı yaradan ilk bank,-Virtual kartın ölkədə ilk dəfə olaraq ödəniş terminalı vasitəsilə alınmasını təmin edən bank,-Bolkart - ölkənin ilk taksit kartı,-ƏngəlSiz Karyera Sərgisi - ölkədə fiziki məhdudiyyətli şəxslər üçün ilk karyera sərgisini təşkil edən biznes qurumu.-Təcili pul köçürmə sistemlərini internet və mobil bankçılıq, həmçinin, ödəniş terminallarına inteqrasiya edən ilk bank.-İnternet Bankçılıqda korporativ müştərilərə hesablararası ölkəxaricinə pul köçürmə imkanının yaradan ilk bank, ƏHALİ KREDİT VƏ TAKSİT KARTI İLƏ DAHA YAXINDAN TANIŞ OLDU 2011-ci ildə “Bolkart”ı təsis edən “Bank of Baku”nun, 2012-ci ildə nəznində özəl Prosessinq Mərkəzi fəaliyyətə başladı. “Bolkart” lahiyəsi çox uğurlu oldu, artıq 2 il sonra “Bolkart” sahiblərinin sayı 200000-i aşmışdı. Xüsusilə, “Bolkart” Azərbaycan əhalisində kredit kartı və taksit kartından istifadə vərdişinin formalaşmasında mühüm rol oynadı. Azərbaycanda nağdsız ödənişlərin inkişafında “Bank of Baku”nun böyük xidmətləri var. 2014-cü ildə “Bank of Baku” nağdsız ödənişlər üzrə Azərbaycanın lideri oldu. 13 İLDƏ 30 DƏFƏ BÖYÜDÜ Artıq 2014-cü ildə “Bank of Baku” Azərbaycanın ən böyük banklarından birinə çevrilmişdi. Həmin il müştərilərinin sayı 700.000-ə çatmış, aktivlərinin həcmi 748 milyon manatı, müştərilərə verilmiş kreditlərin həcmi isə 624 milyon manatı keçmişdi. Burada müqayisə üçün qeyd edək ki, “Bank of Baku” 2001-ci ildə 25 milyon manat cəmi aktivlərə və 18 milyon manat kredit portfelinə malik idi. 13 il ərzində Bankın aktivləri 30 dəfə, kredit portfeli isə 35 dəfə artmışdı. DEVALVASİYAYA TƏSLİM OLMADI 2015-ci ildə baş verən devalvasiya bütün banklar, o cümlədən “Bank of Baku” üçün də çətinliklər yaratdı. Hətta 10-dan artıq bank banğlandı. “Bank of Bank” isə 2018-ci ilədək çətinliklərin həllinə fokuslandı, müştərilərinin yanında oldu, onların artan kredit yükünü yüngülləşdirdi, ABŞ Dollarında olan kreditlərin tam ödənilməsi zamanı güzəştli məzənnə tətbiq etdi və s. Qeyd edək ki, “Bank of Bank”nun çətinliklərin öhdəsindən gəlməsində əvvəlki illər fəaliyyətini düzgün qurmasının da rolu böyük oldu. Artıq ötən ildən “Bank of Baku” mənfəətlə fəaliyyət göstərir. Həmçinin ölkəmizdə iqtisadi aktivlik yenidən bərpa olunub, məzənnə sabitləşib, insanlar xərclərini artırırlar. 2019-cu ildən “Bank of Baku”nun kapitalının artırılacağı, qarşıdakı dövrdə də “Bank of Baku” bank sektorunda yeni standartlar müəyyənləşdirəcəyi gözlənilir. “Bank of Baku” 2019-cu il ərzində “25 il Sizə Yaxın İnnovativ Bank” şüarı ilə həyata keçirdiyi innovasiyalara fokuslanacaqdır. İl ərzində müxtəlif kampaniyaların keçirilməsi nəzərdə tutulub. Artıq “Bank of Baku”nun 25 yaşı münasibətilə “Hədiyyəli Yubiley” adlı kampaniyaya da start verilib. TƏBRİK EDİRİK! “Marja.az” iqtisadi xəbərlər saytı “Bank of Baku”nu 25 yaşı münasibətilə təbrik edir, bundan sonra da ilklərə imza atmasını, daha da böyüməsini, hər ili mənfəətlə başa vurmasını arzulayır.

Son xəbərlər