NIKOIL | Bank nizamnamə kapitalını 60 mln. manat məbləğində artırır!

NIKOIL | Bank nizamnamə kapitalını 60 mln. manat  məbləğində artırır!
İqtisadiyyat 978

 

31 avqust tarixində Moskva şəhərində "NİKOYL" İnvestisiya-Kommersiya Bankı səhmdarlarının növbədənkənar yığıncağı keçirilib.

Yığıncağın gedişində Bankın nizamnamə kapitalının 60 mln. manat məbləğində artırılması qərarı qəbul edilib. Qeyd etmək lazımdır ki, "NİKOYL"  Bank səhmdarlarının bu qərarından sonra bankın nizamnamə kapitalı 94 mln. 500 min manat təşkil edəcək. 

Xatırladaq ki, bu məsələ  "NİKOYL" Bankın Müşahidə Şurasının bu yaxınlarda keçirilmiş iclasında müzakirə edilmişdir və iclasda nizamnamə kapitalının cari ilin sentyabr ayından gec olmayaraq artırılması tövsiyyə edilib. 

Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada  həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ səhifə www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Son xəbərlər