NIKOIL | Bank iş rejimini yenilədi!
Bakı şəhərində 17-19 iyun tarixləri arasında keçiriləcək "Formula-1” Avropa Qran Prisi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə NIKOIL | Bank -ın Puşkin küçəsi 30 ünvanında yerləşən Baş ofisi və Ü.Hacıbəyli 27 ünvanında yerləşən 13 saylı filialı yeni iş rejimində fəaliyyət göstərəcəkdir.
21 iyun daxil olmaqla yuxarıda göstərilən NIKOIL | Bank -ın satış nöqtələri səhər saat 09:00-dan axşam saat 21:00-dək qücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkdirlər. Yenilənmiş iş rejiminə əsasən, müştərilərə kassa-hesablaşma və əməliyyat xidmətləri göstəriləcəkdir. Müştərilərin və şəhərimizin qonaqlarının rahatlığının təmin olunması və yüksək keyfiyyətli xidmətin göstərilməsi NIKOIL | Bank -ın əsas məqsədlərindən biridir.
Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. NIKOIL | Bank -ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.
Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil
Oxşar xəbərlər
Bank of Baku həftəiçi 7 gün müştərilərin xidmətində olacaq!
10 iyun 2016-ci il tarixindən etibarən, Bank of Baku həftəiçi 7 gün saat 09:00-dan 21:00-dək müştərilərin xidmətində olacaq. 17-19 iyun tarixlərində, Azərbayc...