"Yelo Bank" Lənkəranda yeni konseptdə filialın açılması üçün tender keçirir

Yelo Bank Lənkəranda yeni konseptdə filialın açılması üçün tender keçirir
Promo 240

"Yelo Bank" ASC yeni "Lənkəran" filialının təmiri üçün açıq tender elan edir.

Ümumi sahəsi 500 kvadratmetr olan yeni bina iki mərtəbədən ibarətdir.

Tender iştirakçılarına təmir ediləcək sahənin planı təqdim ediləcək.

Qalibin seçilməsi zamanı aşağıda qeyd edilmiş bəndlər əsas götürüləcək:

  • Təklif edilən qiymət;
  • Təmirin tam icra edilmə müddəti (2 ay);
  • İstifadə ediləcək materialların keyfiyyəti;
  • Sifarişçiyə görülmüş işlərin nəticəsi barədə həftəlik hesabat verilməsi.

Qeyd edək ki, təmir işləri 2 mart 2020-ci il tarixində başlamalıdır.

Tender təkliflərinin qəbulu 27 fevral 2020-ci il tarixində yekunlaşacaq. Bu tarixədək tenderdə iştirak etməkdə maraqlı olan şəxslər aşağıdakı məlumatları təqdim etməlidir:

  • tenderdə iştirak üçün yazılı müraciət
  • iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surəti;
  • tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
  • iki nüsxədə Azərbaycan və rus dilində tender təklifi (istifadə olunacaq materialların istehsalçısı olan ölkə barəsində məlumat);
  • inzibati binanın təmir edilməsi üçün tələb olunan müddət.

Sənədlər tender təklifi ilə birlikdə 27 fevral 2020-ci il tarixində saat 17:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə zərfdə sifarişçinin Bakı şəhəri, Puşkin 30 ünvanında yerləşən baş ofisinə təqdim edilməlidir.

Yaranacaq bütün sualları aşağıdakı məsul şəxslərə ünvanlaya bilərsiniz:

Fərid Mahmudov - [email protected], (+99450) 363 97 42

Azər Cəfərov - [email protected], (+99450) 312-27-07

Oxşar xəbərlər

Yelo Bank ötən ili mənfəətlə başa vurub

Yelo Bank ötən ili mənfəətlə başa vurub

2019-cu ili rebrendinq prosesində olan Yelo Bank (keçmiş Nikoil Bank) üçün olduqca uğurlu hesab etmək olar. İlin sonuna Yelo Bankın aktivləri 16.23% artaraq 484...

284 Promo 16:11 28 yanvar 2020

Son xəbərlər