“Yango” Bakıda taksi daşımaları haqqında qanunun tələblərindən yayınma hallarının qarşısını necə alır? - FOTO

“Yango” Bakıda taksi daşımaları haqqında qanunun tələblərindən yayınma hallarının qarşısını necə alır? - FOTO
Promo 129

27 mart 2024-cü il tarixindən qüvvəyə minən “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarına əsasən Bakıda yalnız istehsal tarixi 8 ili ötməmiş avtomobillərin taksi xidməti göstərməsinə icazə verilir. İstifadəçilər artıq sifariş zamanı daha yeni və rahat avtomobil modellərinin gəlməyə başladığını təsdiq edirlər. “Yango”, “Bolt” və “Uber” kimi servislər isə daşıyıcılara yeni avtomobillər almaq üçün sərfəli şərtlər təqdim etməklə yerli biznesi və sürücüləri dəstəkləyir. Bununla belə, bəzi daşıyıcı şirkətlər köhnə avtomobillərlə xidmət göstərilməsini davam etdirmək üçün qanunvericiliyin tələblərindən yayınmağın yollarını tapır.

BAKU.WS Avtosfer.az-a istinadən bu istiqamətdə hansı tədbirlərin görüldüyünü öyrənmək üçün “Yango” şirkətinin yerli komandası ilə əlaqə saxlayıb.

“Yango”dan bildirildi ki, servis qanun pozucuları ilə mübarizə aparmaq üçün bir neçə həll tətbiq edib:● Yeni sürücülərin cəlb edilməsi zamanı avtomobilin sənədlərinə fotonəzarət. Avtomobillərin tələblərə cavab verdiyinə əmin olmaq üçün servisdə avtomobillərin sənədləri diqqətlə yoxlanılır. Bu, başqalarının avtomobillərindən və ya taksi xidmətini göstərilməsi üçün tələblərə cavab verməyən avtomobillərdən istifadənin qarşısını almağa kömək edir.

● Avtomobillərin AYNA-nın buraxılış kartı bazasında yoxlanılması. Servis Azərbaycanda bütün avtomobillər üçün buraxılış kartları haqqında məlumat təqdim edən dövlət xidməti - AYNA ilə əməkdaşlıq edir. Bu, avtomobildən sərnişindaşımada istifadə edilməsinə icazə verilib-verilmədiyini tez bir zamanda yoxlamağa imkan verir.

● Səfərlərdən sonra istifadəçilərin rəyinin öyrənilməsi. Artıq sərnişinlər nəinki səfəri qiymətləndirə, həm də sifariş zamanı düzgün avtomobilin gəlib-gəlmədiyini qeyd edə bilərlər. Əgər avtomobilin nömrəsi tətbiqdəki nömrə ilə uyğun gəlmirsə, səbəblər arasında “yanlış avtomobil” bəndini seçərək səfəri ləğv etməyi, sonra isə yeni sifariş etməyi tövsiyə edirik. Bu halda yalnız ikinci səfər üçün ödəniş tutulacaq. Eyni zamanda, servisin komandası müvafiq siqnal alacaq və insidentlə bağlı tərəfdaşla ətraflı araşdırma aparacaq. Pozuntu halı təsdiqlənərsə, sürücünün servisin sifarişlərinə çıxışı bloklanacaq. “Görülmüş tədbirlər sayəsində son bir ay ərzində yalnız 5% hallarda istifadəçilər avtomobilin məlumatlarının sifarişdəki məlumatlarla üst-üstə düşməməsi barədə şikayət ediblər. Əminik ki, sərnişinlərin rəylərinin öyrənilməsi və AYNA nümayəndələri ilə əməkdaşlıq sayəsində zaman keçdikcə bu cür halların sayını minimuma və ya sıfıra endirə biləcəyik. Bütün istifadəçiləri diqqətli olmağa, avtomobillərin nömrələrini və modellərini tətbiqdəki məlumatlarla yoxlamağa çağırırıq. Hər hansı şübhəniz yaranarsa, dəstək xidmətinə müraciət etməyi tövsiyə edirik”, - “Yango”dan bildirilib.

Son xəbərlər