“Son zamanlar qadın sürücülərin sayı xeyli artıb”, - Qadın sürücü Bolt-dakı fəaliyyətindən danışır
Bizdə taksi sürücüləri adətən kişilər olur. Taksi sifariş etdikdən sonra xanım sürücü gələndə bir çox sərnişin təəccüb hissi keçirir. İnsanlara maraqlıdır ki, xanımların avtomobil sürərək pul qazanması çətin deyilmi? İlhamə Əliyeva Bolt-dakı işindən danışır.
Niyə məhz Bolt?
Azərbaycanda bu xidmət yarandıqdan dərhal sonra Bolt platformasına qoşuldum. Qeydiyyatdan keçdim, işləməyə çalışdım və bəyəndim. Sonra avtomobil krediti götürdüm. Avtomobilim Komfort plus kateqoriyasına uyğundur və mən də bu kateqoriyanı seçdim. Bolt-dakı işim sayəsində qısa müddətdən sonra nəinki avtomobil kreditini ödədim, həm də əlavə olaraq yaxşı pul qazana bildim.
Sükan arxasında danışmaq, yoxsa susmaq
İşimi sevirəm, çünki sərnişinlərdən çox maraqlı şeylər öyrənə bilərsiniz. İnsanlarla ünsiyyət qurmaqdan da xoşum gəlir. Bir dəfə iki gənc qız mənim avtomobilimə əyləşdi. Onlar soruşdular ki, avtomobil sürmək sərfəlidirmi? Mən onlara hər şeyi izah etdim, bildiklərimi danışdım və öz təcrübəmi də bölüşdüm. Bir müddətdən sonra öyrəndim ki, həmin iki qız avtomobil alıb nəqliyyat sektorunda işləyir. Şadam ki, söylədiklərim onlara motivasiya oldu. Əvvəllər taksi sürən qadınlar çox az idi, indi isə onların sayı qat-qat çoxdur.
İstirahət barədə
Çox işlədiyiniz zaman istirahət etmək üçün fasilələr vermək lazımdır. Sərnişinlərdən biri mənə termos hədiyyə edib. Hər gün işə başlamazdan əvvəl termosda çay və ya kofe dəmləyib fasilələr arasında içirəm. Sifarişlər arası istirahət etdiyim zaman bir qədər mütaliə edirəm. Avtomobilimdə bir neçə kitab var, amma təəssüf ki, onları tez-tez oxuya bilmirəm. Evdə mən çox vaxt xəbərlərə baxıram, həmçinin FOREX bazarında işləyirəm, çünki arada məşğuliyyəti dəyişmək də özü bir tətildir!
İşin müsbət tərəfləri
Hər bir işin müsbət və mənfi cəhətləri var. Məndən tez-tez soruşurlar ki, qadın üçün sükan arxasında olmaq çətin deyilmi? Bu işin əsas üstünlüyü ondan ibarətdir ki, öz qrafikimi özüm qururam. Belə ki, adətən mənim iş vaxtım səhər saat 11-də başlayır və gecə yarısı bitir. Bundan əlavə Bolt işçilərinin şəffaflığını bəyənirəm, onlar hər zaman kömək etməyə hazırdırlar. Bir dəfə Bolt tətbiqi bir sutka işləmədi və bütün sürücülər buna görə çox narahat idi. Xoşbəxtlikdən problem tez həll olundu və Bolt komandası vəziyyəti aydınlaşdırmaq üçün tez bir zamanda fəaliyyətə başladı. Ölkəmizin qonaqlarından tez-tez eşitdiyim suallardan biri də gecə gec saatlarda müştəri götürməyin qorxulu olub-olmamasıdır. Mən həmişə cavab verirəm ki, bizim çox sakit şəhərimiz var və Bolt dəstəyi günün istənilən vaxtında mövcuddur, ona görə də özümü təhlükəsizlikdə hiss edirəm.
Oxşar xəbərlər
Bolt şirkəti aktiv sürücülər-tərəfdaşlar arasında mükafatların oynanılmasını elan edir
Avropanın aparıcı nəqliyyat platforması Bolt sürücülər - tərəfdaşlar arasında hədiyyələri müsabiqəyə çıxarır. Əsas mükafat Haval Jolion avtomobili olacaqdır. B...