Bolt şirkəti aktiv sürücülər-tərəfdaşlar arasında mükafatların oynanılmasını elan edir
Avropanın aparıcı nəqliyyat platforması Bolt sürücülər - tərəfdaşlar arasında hədiyyələri müsabiqəyə çıxarır. Əsas mükafat Haval Jolion avtomobili olacaqdır.
Bolt şirkəti onunla əməkdaşlıq edən bütün aktiv və məsuliyyətli sürücülərə minnətdardır. Buna görə də müsabiqə elan etmək və onların arasında qiymətli hədiyyələri – faydalı elektron texnikanı, eləcə də avtomobili mükafat kimi müsabiqəyə təqdim etmək qərarına gəlmişdir.
Aksiya üç ay ərzində davam edəcəkdir. Hər həftə mükafatlar müsabiqəyə çıxarılacaqdır. Aksiyada iştirak etmək üçün həftədə 40 müvəffəqiyyətlə başa çatmış səfər etmək lazımdır. Müsabiqənin sonunda Superpriz – Haval Jolion avtomobili oynanılacaqdır. Superprizi alan qalib, heç olmasa, həftəlik uduşlarda bir dəfə iştirak edən bütün sürücülər arasından seçiləcəkdir.
Eyni zamanda, əgər tərəfdaş sürücü bir neçə həftə ərzində 40 səfər həyata keçirərsə, o, bir neçə müsabiqədə iştirak edəcəkdir. Beləliklə, iştirakçı əsas mükafat Haval Jolion avtomobili və həftəlik faydalı mükafatlar, məsələn: Trimmer BRAUN BT3221; Samsung Galaxy A13 smartfonu; Samsung Galaxy A4 smart saatlar üçün öz şanslarını artırır.
"Sürücü-tərəfdaşlar – Bolt səfərlərinin sifariş edilməsi üçün Xidmətin vacib bəndidir, onlarsız bizim işimiz mümkün olmazdı. Onlar iş günləri və həftəsonu sükan arxasında işləyir, sərnişinləri gecə və pis hava şəraitində daşıyırlar. Buna görə də biz tərəfdaş sürücülərimizə öz minnətdarlığımızı bildirmək istəyirik və onlar üçün xüsusi olaraq qiymətli və zəruri hədiyyələr qazana biləcək aksiyaya başlayırıq. Bizim üçün çox vacibdir ki, əməkdaşlıq etdiyimiz sürücülər xoşbəxt olsunlar, öz işlərindən və əlavə fəaliyyətlərindən zövq alsınlar", - deyə Bolt şirkətinin Azərbaycanda səfərlərinin sifariş istiqamətinin rəhbəri Naim Əzizov şərh edir.
Bolt şirkəti haqqında məlumat
Bolt - əsas məqsədi şəhər üzrə hərəkəti daha əlverişli, təhlükəsiz və ekoloji cəhətdən səmərəli etmək olan multi-proqramdır. Bolt şirkətinin xidmətlərindən Avropa və Afrikanın 45-dən çox ölkəsində (400-dən çox şəhər) 100 milyondan çox insan istifadə edir. Multi-proqramın köməkliyi ilə avtomobillərin çağırılması, karşerinq, elektrik özüyeriyənlərin və elektrik velosipedlərinin kirayəsi, eləcə də ərzaq və məhsulların çatdırılması kimi bir sıra xidmətlər təqdim olunur. Bu gün şirkətlə bütün dünyada 2,5 milyondan çox sürücü və 100 min kuryer əməkdaşlıq edir.
Hal-hazırda, Bolt sifariş xidməti Azərbaycanın yeddi şəhərində fəaliyyət göstərir: Bakı, Gəncə, Mingəçevir, Qəbələ, Şəmkir, Sumqayıt, Şəki.
Oxşar xəbərlər
İlk və tam Hibrid modeli Haval H6 Hev və yeni Dargo avtomobillərinin təqdimatı baş tutdu - FOTO
Haval avtomobillərinin tək rəsmi distribyuteri “Haval Azərbaycan”, yeni “Haval H6 Hibrid” və “Haval Dargo” modellərinin rəsmi təqdimat mərasimini keçirib. “Marr...