“Bolt” şirkəti Gəncə və Sumqayıt şəhərlərində “Bolt Food” yemək çatdırılma xidməti göstərəcək
Avropanın ilk super tətbiqi olan “Bolt” Gəncə (9 fevral) və Sumqayıt (23 fevral) şəhərlərində “Bolt Food” yemək çatdırılma xidmətinə start verir. İlk vaxtlarda çatdırılma xidməti pulsuz olacaq, müştərilər yalnız aldıqları yeməyin pulunu ödəyəcəklər.
“Azərbaycanda minlərlə müştərisi olan “Bolt” şirkətinin təklif etdiyi xidmətlər Bakıda istifadəçilər arasında populyarlığı ilə seçilir. Qlobal sərnişin daşınması infrastrukturu və bu sahədə qazandığımız təcrübə sayəsində çatdırılma xidmətini ölkənin daha 2 şəhərinə yaymaq imkanı qazandıq”, - “Bolt Food”un Azərbaycan üzrə meneceri Qədim Vəliyev bildirib.
Yemək sifariş etmək istəyən istifadəçi “Bolt Food” tətbiqini telefonuna yüklədikdən sonra burada restoranlar və onların menyuları ilə tanış ola bilər. Xidməti təsdiq etməzdən öncə müştəriyə qiymət və təxmini çatdırılma vaxtı barədə məlumat təqdim olunur. Sifariş haqqı tətbiqə bank kartının məlumatlarını daxil etməklə və ya nağd şəkildə ödənilə bilər. “Bolt Food”un təqdim etdiyi təmassız çatdırılma xidmətindən yararlanmaq üçün kuryerin yeməyi qoymalı olduğu yeri qeyd etmək kifayətdir.
“Sərnişin daşınması biznesimiz səmərəlilik üzərində qurulub. Bu isə bizə sürücü və sərnişinlərimizə bazardakı ən yaxşı təklifləri etməyə imkan verir. Çalışırıq ki, bu yanaşmanı yemək çatdırılması xidmətinə də tətbiq edək və digər platformalarla müqayisədə daha aşağı çatdırılma qiyməti təklif edək. Bununla belə, tərəfdaş kuryerlərimizə ən yüksək dəstəyin göstərilməsinə zəmanət veririk. “Bolt Food” ilə əməkdaşlıq edən restoranlar üçün əsas üstünlük daimi müştəri bazamızın olmasıdır. Bu, brendimizi sevən və ona etibar edən müştərilərin bazasıdır”, - Qədim Vəliyev əlavə edib.
Artıq Gəncədəki müştərilərimiz platformaya qoşulmuş “McDonald’s”, “Nostalje”, “Eden” kimi 30-dan çox restorandan yemək sifariş edə bilərlər. Sumqayıtda isə “McDonald’s”, “Pizza Hut” da daxil olmaqla 25-dən çox restoran platformamızda yer alır. Əhatə dairəsini genişləndirməyə çalışan “Bolt” şirkəti daim əməkdaşlıqda maraqlı olan yeni restoranların axtarışındadır.
Qeyd edək ki, “Bolt” şirkəti dünyanın 45-dən çox ölkəsində 100 milyondan çox istifadəçiyə xidmət göstərir. “Bolt Food” xidməti isə ilk dəfə olaraq 2019-cu ilin avqust ayında Estoniyada işə salınmışdır. Əməkdaşlıqda maraqlı olan restoranlar və kuryerlər food.bolt.eu veb-saytında qeydiyyatdan keçə bilər.
“Bolt” haqqında
“Bolt” super tətbiqinin məqsədi şəhər mobilliyini daha əlçatan, təhlükəsiz və dayanıqlı etməkdir.
“Bolt” Avropa və Afrikanın 45-dən çox ölkəsində və 400-dən çox şəhərində 100 milyondan çox müştəriyə xidmət göstərir. Şirkət şəxsi avtomobillərdən “carsharing”ə keçidi sürətləndirməyə çalışır. Bu məqsədlə hər növ istifadə üçün ən yaxşı alternativlər təklif olunur. Bura, sərnişin daşınması, ümumi istifadə avtomobilləri və skuterləri, həmçinin yemək və məhsul çatdırılması kimi xidmətlər daxildir.
“Bolt” şirkətinin mətbuat üçün materialları: http://bit.ly/bolt-media-kit
Qalereya
Oxşar xəbərlər
Kobmarket.az - Azərbaycan elektron ticarətində yeni söz - VİDEO
Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının son hesabatına əsasən, pandemiya dünya miqyasında internet satışların artmasına əhəmiyyətli dər...