Şəhər böyüyür, yollar daralır: Paytaxtda hərəkəti çətinləşdirən əsas səbəb nədir?
Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.
Bakıda ictimai nəqliyyatda yaranan sıxlıq, avtobuslarda sərnişinlərin üzləşdiyi problemlər və marşrutların mövcud vəziyyəti hansı sualları gündəmə gətirir?
Avtobusların sayının və hərəkət intervallarının artırılması, metro və şəhərətrafı qatarların imkanlarının genişləndirilməsi nəqliyyat probleminin həllinə necə təsir edə bilər?
Velosiped və skuter istifadəçilərinin yol hərəkətində davranışı, piyadaların və sürücülərin təhlükəsizliyi ilə bağlı hansı məsələlər diqqət tələb edir?
Paytaxtda əhalinin artımı fonunda infrastrukturun inkişafı, rayonlardan Bakıya miqrasiya və şəhərdə rahat hərəkətin təmin olunması üçün hansı addımlar müzakirə edilir?
Verilişdə həftə ərzində gündəmdə olan bu və digər məsələlər diqqətə çatdırılıb və şərh edilib.
Oxşar xəbərlər
46 ildən sonra təmir edilən məktəbdə narazılıq: "Şagirdlər hər gün əlavə beş kilometr yol gedirlər"
Masallının Ərkivan qəsəbəsində yerləşən Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbdə aparılan təmir işləri narazılığa səbəb olub. 1980-ci ildə istifadəyə ve...