Yango sərnişinləri sürücülərlə tanış edəcək və onların arzularından danışacaq - FOTO
Yango, sərnişinləri hər gün şəhərdə hərəkət etmələrinə kömək edənlərlə - xidmətin tərəfdaş sürücüləri ilə tanış etmək üçün hazırlanmış bir layihə başlatdı.
İndi sərnişinlər tətbiqdə sifariş verdikdən sonra sürücülərin arzularını görə biləcəklər.
İstəklərinə uyğun olaraq, onlar arzularını yerinə yetirmələri üçün sürücülərə əlavə bəxşiş pulu verə bilərlər.Layihəyə başlamazdan əvvəl Yango komandası tərəfdaş sürücüləri arasında sorğu keçirdi və ən çox verilən cavablar bunlar oldu: mənzil, təmir və səyahət.
Qeyri-adi variantlar da oldu - məsələn, sevilən bir insana hədiyyə və ya kiçik bağ evi. Sürücülər sifarişləri qəbul etdikləri Yango Pro proqramında istənilən vaxt arzularını bölüşə bilərlər.“Biz tərəfdaş sürücülərimiz haqqında daha çox məlumat vermək istəyirik ki, onlar və sərnişinlər arasında inam yaransın.
Axı, bir çox şəhər sakinləri hər gün taksiyə minirlər, lakin çox az insan onlara A nöqtəsindən B nöqtəsinə getməyə kömək edən şəxsin kimliyi ilə maraqlanır. Biz həmçinin sərnişinləri xoş səfərlərdən sonra minnətdarlıq əlaməti olaraq daha çox xoş arzularını yerinə yetirmələri üçün sürücülərə əlavə bəxşiş pulu verməyə dəvət edirik” – deyə, Yangonun mətbuat xidmətindən bildiriblər.
Yango beynəlxalq onlayn xidməti Bakıda 2022-ci ilin iyulunda istifadəyə verilib. Xidmətin əsas üstünlüyü istifadəçilərə rahat və eyni zamanda sərfəli səfərlər təqdim edən, sürücülərə isə dayanma vaxtlarını azaltmağa, sifarişlərin və qazancların sayını artırmağa kömək edən marşrutlaşdırma, naviqasiya və alqoritmlər texnologiyalarıdır.
Xidmət həm də tərəfdaşlara daha çox qazanc əldə etməyə imkan verən həvəsləndirici proqramlar təqdim edir.
Pulsuz Yango proqramı iOS və Android üçün Azərbaycan, ingilis və digər dillərdə mövcuddur.
Oxşar xəbərlər
HONOR “MWC 2024”-də hər ssenarisi “AI” ilə gücləndirilmiş yeni strategiyasını təqdim edir - FOTO
Qlobal texnologiya brendi HONOR süni intellektlə işləyən çarpaz əməliyyat sistemi təcrübələri və bu məqsədə əsaslanaraq inkişaf etdirilmiş istifadəçi interfeysi...