"Unibank"ın "Əjdaha" lotereyasındakı 3 mənzili kimlər qazanacaq?

"Təbrik edirik, siz "Əjdaha" lotereyasında "Sea Breeze"dən ev qazandınız!" 27 dekabr axşamı "Unibank"ın 3 müştərisinin telefonuna belə sevinc dolu məlumat göndəriləcək. Bu gözəl xəbəri almağa isə bir neçə gün qalıb.
"Unibank"ın "Əjdaha" lotereyasının sonuncu - 5-ci tirajının qalibləri dekabrın 27-si "Xəzər TV"nin canlı efirində xüsusi kompüter proqramı vasitəsilə, təsadüfi seçmə üsulu ilə seçiləcək. Beşinci tirajın 3 qalibi lotereyanın əsas hədiyyəsini - "Seabreeze Park Residence-2"də yerləşən üç ədəd tam təmirli və əşyalı mənzilləri qazanacaqlar. 10 nəfər "iPhone 15 Pro", 20 nəfər 1000 manat, 20 nəfər 500 manat, 200 nəfər isə 100 manatın sahibi olacaq. Lotereyanın sonuncu tirajında 253 nəfər qalib seçiləcək.
Dekabrın 25-dək "Unibank" kartı ilə etdiyiniz ödənişlər sizə 5-ci tirajda iştirak şansı qazandırır. Sonuncu tiraj müddətində azı 50 manatlıq ödəniş edib, minimum 5 şans qazanmısınızsa, əvvəlki tirajda qazandığınız şanslar da bura əlavə olunur. Hər 10 manat 1 şansdır. Əgər xərclədiyiniz hər 10 manata daha çox - 3 şans qazanmaq istəyirsinizsə, ödənişlərinizi aşağıda qeyd olunan partnyorlarda edə bilərsiniz:
- Bütün yanacaqdoldurma məntəqələrində;
- Bütün kafe-restoranlarda;
- "Bravo Market"lərdə;
- "Bolt Food" ödənişləri;
- Xarici ölkələrdə alış-veriş;
- Xarici saytlarda ödəniş;
- "Trendyol" ödənişləri;
- "UBank" mobil tətbiqində ödənişlər;
Lotereya haqqında daha ətraflı məlumatı bankın saytından (https://unibank.az/lottery/index?language=az) öyrənə bilərsiniz.
"Unibank" kartınla xərclə və "Əjdaha" lotereyasında iştirak et!
"Unibank" - Sənin Bankın!

Oxşar xəbərlər
"Birbank Private" xidmət şəbəkəsini genişləndirir
Ölkədə ən böyük xidmət şəbəkəsinə malik Kapital Bank Neftçilər pr.153 ünvanında yeni "Port Baku" filialını müştərilərinin ixstifadəsinə verildi. Yeni konsepsiy...