Pensiya, sosial yardım, təqaüd alanlara ŞAD XƏBƏR!

Pensiya, sosial yardım, təqaüd alanlara ŞAD XƏBƏR!
Foto
Promo 11933

Yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya, istənilən növ müavinət, təqaüd və kompensasiya alan şəxslər, sosial yardım alan ailələr, Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə endirimlər təklif olunur. Bu gün artıq Bakı, Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda qeydiyyatda olan pensiyaçıların pensiyalarının ödənişinə başlanıb. Siz pensiyanızı bankomatdan çıxarmadan və ya başqa karta köçürmədən, yəni pulu sosial ödəniş kartınızda saxlayaraq, endirim təklif edən mağaza, market və apteklərdə alış-veriş edib, restoran və klinikaların xidmətlərindən yararlanıb nağdsız qaydada ödəniş etsəniz, bu fürsətlərdən faydalana bilərsiniz. Unutmayaq ki, endirim yalnız nağdsız qaydada, yəni sosial ödəniş kartı ilə edildikdə tətbiq olunur.

Endirimlər təklif edən şirkətlərlə www.sosialterefdash.az saytına daxil olaraq, "Partnyorlar" bölməsində tanış olmaq mümkündür.

Sosial ödəniş alan şəxslərə "Bazarstore" və "Almarket" alış-veriş zamanı endirimlər təklif edir. Ölkəmizin bütün şəhər və rayonlarında fəaliyyət göstərən bu marketlər şəbəkələrindən bazarlıq edib ödənişi pensiya, sosial yardım, müavinət, kompensasiya və ya təqaüd aldığınız kartla nağdsız qaydada etsəniz, sizə kassada avtomatik olaraq endirim tətbiq ediləcək.

Pensiya, müavinət, sosial yardım, təqaüd və kompensasiya alan şəxslər dərman lazım olduqda Bakıda fəaliyyət göstərən "AVİS" apteklər şəbəkəsini, optika məhsullarına ehtiyac yarandıqda isə paytaxtda, Xırdalan, Sumqayıt, Gəncə şəhərlərində, eləcə də Şəmkir və Qəbələ rayonlarında optik eynək, linza, bir sözlə, optika məhsullarının satışını reallaşdıran "Focus Optika"nı seçə bilərlər. Çünki hər iki məkanda da sosial ödəniş alan şəxslərə endirimlər təklif olunur.

"Memorial Klinik"in də pensiya, müavinət, sosial yardım, təqaüd və kompensasiya alan şəxslərə endirimləri var. Onlar bu tibb mərkəzində laboratoriyadan, poliklinika xidmətlərindən, həkim qəbulundan, "check-up" müayinədən, eləcə də ünvanda göstərilən xidmətlərdən yararlana bilərlər.

Ayaqqabı, çanta və idman geyimlərinin satışı ilə məşğul olan "FLO" mağazalar şəbəkəsi də sosial ödəniş alanları unutmayıb və onlara endirimlər təklif edir. Bakı, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən mağazalardan alış-veriş etsəniz, alacağınız ayaqqabı, çanta, yaxud idman geyimləri sizə daha ucuza başa gələcək.

Bakıda və Gəncədə fəaliyyət göstərən "Əjdaha Dönər" də sosial tərəfdaşlar sırasındadır. Burada müxtəlif növ dönər, lahmacun, pizza və burgerlər sosial ödəniş alanlara endirimli qiymətlərlə təklif edilir.

Endirimlərdən faydalanmaq üçün alış-veriş zamanı, yaxud xidmətlərdən yararlandıqda ödəniş mütləq sosial ödəniş kartı, yəni pensiya, müavinət, sosial yardım, təqaüd və kompensasiya alınan kartla nağdsız qaydada edilməlidir.

Qeyd edək ki, bu günədək sosial ödəniş alan şəxslər tərəfdaş şirkətlərdən nağdsız qaydada, yəni sosial ödəniş kartları vasitəsilə 950 mindən çox alış-veriş edib, təklif olunan endirimlərdən faydalanıblar.

Çoxsaylı endirimlər təklif edən digər şirkətlərlə www.sosialterefdash.az saytına daxil olaraq, "Partnyorlar" bölməsində tanış olmaq mümkündür.

Son xəbərlər