"PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Yeniliklərdən dərhal xəbərdar olun
"PAŞA Bank" 24–25 noyabr 2026-cı il tarixlərində keçirilən X Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı olub.
"Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq" mövzusuna həsr olunan forum bankların, tənzimləyici qurumların, maliyyə texnologiyaları şirkətlərinin və texnologiya provayderlərinin nümayəndələrini, eləcə də yerli və beynəlxalq ekspertləri bir araya gətirib.
Tədbir çərçivəsində süni intellektin maliyyə xidmətlərində tətbiqi, açıq bankçılıq, yeni nəsil ödəniş sistemləri, kibertəhlükəsizlik və dələduzluğun qarşısının alınması kimi aktual mövzular müzakirə olunub. Rəqəmsal aktivlər, məlumat əsaslı bankçılıq, dayanıqlı maliyyələşdirmə və müasir kreditləşdirmə həlləri də forumun əsas müzakirə istiqamətləri sırasında yer alıb.
Forum bank sektorunun inkişaf perspektivlərinin müzakirəsi, beynəlxalq təcrübə mübadiləsi və sektor iştirakçıları arasında əməkdaşlığın genişləndirilməsi üçün platforma yaradıb.
Qeyd edək ki, "PAŞA Bank" maliyyə sektorunun dayanıqlı inkişafına, rəqəmsal transformasiyaya və innovativ bankçılıq həllərinin tətbiqinə töhfə verən təşəbbüsləri dəstəkləməyə davam edir.
Oxşar xəbərlər
Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu
Ölkənin ilk rəqəmsal bankı Birbank tərəfindən keçirilən "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri müəyyənləşib. Təsadüfi seçim üsulu ilə keçirilən ti...