“HUAWEI” şirkəti HUAWEI FreeBuds 4i simsiz qulaqcıqlarını təqdim edir - VİDEO
Huawei güclü batareya, ətraf səslərin aktiv şəkildə azaldılması sistemi, dəbli kompakt dizayn və yüksək səs keyfiyyəti ilə təmin olunan HUAWEI FreeBuds 4i simsiz qulaqcıqlarını təqdim edir.
Yeni qulaqcıqlar HUAWEI FreeBuds seriyasının yüksək avtonomluq, sürətli batareya doldurma, keyfiyyətli səs və ətraf səslərin aktiv şəkildə azaldılması kimi imkanlarını qoruyub saxlayıb.
Ətraf səslərin aktiv şəkildə azaldılması rejimi: HUAWEI FreeBuds 4i daxilə quraşdırılmış mikrofonlar vasitəsilə ətraf səsləri aşkar edir və maneələri dəf edən əks səs dalğaları yaradır. Alqoritm, kondisioner, PK ventilyatoru, insanlar, nəqliyyat, ofis, vağzal və hava limanları daxil olmaqla, müxtəlif səslərin azaldılması üçün nəzərdə tutulub. Kənar səsləri azaltmaq və maksimal rahatlıq və səs keyfiyyətini təmin etmək üçün HUAWEI FreeBuds 4i üç texnologiyadan istifadə edir. Şirkətin səs sahəsinin yaradılması sistemi mikrofonlara istifadəçinin səsini yüksək dəqiqliklə müəyyən etməyə imkan verir. İki mikrofon küləyin səsini azaldır, intellektual səs-küy aradan qaldırma alqoritmi isə kənar səsləri filtrləyir.
Məlumatlandırma rejimi: Bundan əlavə qulaqcıqları çıxarmadan ətraf səsləri eşitməyə imkan verən səs rejimini aktivləşdirmək mümkündür. Ətraf səslərin aktiv şəkildə azaldılması rejimindən səs rejiminə avtomatik keçmək üçün sensor düyməsini basılı saxlamaq kifayətdir. Bu rejim başqaları ilə ünsiyyət qurmağa və ətraf mühit səslərini eşitməyə imkan verir.
Yüksək tutumlu batareya: HUAWEI FreeBuds 4i modeli güclü batareya ilə təchiz olunub. Bu batareya aşağı enerji istifadəsi ilə birlikdə uzunmüddətli avtonomluğu təmin edir. ANC (ətraf səslərin aktiv şəkildə azaldılması) qapalı olduqda qulaqcıq fasiləsiz olaraq 10 saat musiqi oxutmağa və ya 6.5 saat audio zənglərə imkan verir. Adapter qutusu ilə birlikdə HUAWEI FreeBuds 4i 22 saat musiqi oxutmağa və ya 14 saat audio zənglərə imkan verir. ANC aktivləşdirildikdə qulaqcıqlar 7,5 saat musiqi oxutmağa və 5.5 saat audio zənglərə imkan verir.
Sürətli batareya doldurma: HUAWEI FreeBuds 4i simsiz qulaqcıqları sürətli batareya doldurma texnologiyası ilə təchiz olunub. Huawei laboratoriya sınaqlarının nəticələrinə əsasən bu qulaqcıqlar cəmi 10 dəqiqə batareya doldurmaqla 4 saat musiqi oxutmağa imkan verir.
Kompakt və müasir dizayn: Cihaz minlərlə erqonomik sınaqlarından keçmiş, bu isə qulağa sabit oturan, bütün gün tam rahatlıqla taxıla bilən formada qulaqcıq yaratmağa imkan vermişdir. Komplektə daxil olan müxtəlif ölçülü üç yumşaq silikon yastıq uyğun variantı seçməyə kömək edir.
Toxunuş idarəetməsi: İstifadəçilər bir neçə sadə toxunuşla musiqi oxuda, zənglərə cavab verə və ətraf səslərin azaldılması sistemini aktivləşdirə bilər. EMUI 10.0 və ya daha yeni versiyalı HUAWEI smartfonları ilə istifadə olunduqda cihazları sürətli şəkildə cütləşdirmək mümkündür: adapter qutusunu nə vaxt açsanız telefonunuzun ekranında qulaqcıqların qoşulması üçün sorğu, iş zamanı isə qulaqcıqların və adapter qutusunun batareya səviyyəsi əks etdiriləcək.
Azərbaycanda Huawei FreeBuds 4i qulaqlıqları ilk olaraq 23 aprel tarixində Huawei-in rəsmi tərəfdaşı olan Kontakt Home mağazalar şəbəkəsində ağ və qara rənglərdə satışa çıxacaq. Huawei FreeBuds 4i qulaqlıqların rəsmi satış qiyməti 219 manat 99 qəpiy təşkil edəcək və 18 ay ilkin ödənişsiz və faizsiz hissə-hissə ödənişlə təqdim olunacaq. Həmçinin mayın 31-dək istənilən köhnə qulaqlıqlarını Kontakt Home mağazalararına təqdim edərək yeni Huawei FreeBuds 4i qulaqlıqını 80 manat endirimlə əldə etmək olacaq. Əlavə bonus kimi Huawei FreeBuds 4i qulaqlığı aldığınız zaman 90 gün ərzində Yandex Music və Kinopoiska pulsuz abunə qazanacaqsınız.
Oxşar xəbərlər
“HUAWEI” şirkəti TWS qulaqcıqları seqmentində mövqelərini möhkəmləndirir
“Strategy Analytics” analitik şirkətinin verdiyi məlumatlara görə 2020-ci ildə “Huawei Consumer Business Group (BG)” TWS qulaqcıqları dünya bazarında liderlər s...