Bank of Baku 26 yaşında müştərilərini sevindirir!
Dövrün bütün sınaqlarından uğurla keçərək Azərbaycan bankçılıq tarixinin səhifələrinə adını böyük hərflərlə yazdıran Bank of Baku artıq 26 ildir ki, müştərilərinə xidmət göstərir.
26 il bundan öncə 14 fevral 1994-cü il tarixində böyük sevgi, inam və ümid ilə yaradılan Bank of Baku torpağa səpilən kiçik bir toxum kimi ildən-ilə böyüdü, inkişaf etdi və böyük bir ailəyə - çinara çevrildi. Bu gün bu çinarın kölgəsi milyonlarla ürəyi, sevgini bir yerdə toplayır.
Bu sevgiyə olan sadiqliyini hər zaman qoruyan, müştərilərinə yaxın və innovativ bankçılıq xidməti göstərərək onların ürəklərini fəth edən Bank of Baku yeni yaşında da müştərilərini sevindirəcək kampaniyalara start verdi.
Belə ki, 13, 14 və 15 fevral tarixlərində HƏR KƏS Bank of Baku-dan 30.000 AZN-dək Nağd Pul Kreditini 48 ay müddətinə,
- Komissiyaya 75%-dək;
- İllik faiz dərəcəsinə isə 40%-dək ENDİRİMlə əldə edəcək.
Ölkənin ilk taksit kartı – Bolkartla ölkədə taksitli alış-veriş dövrünün əsasını qoyan Bank of Baku 26 yaşında Bolkart müştərilərini də unutmadı.
Belə ki, 12-16 fevral tarixlərində Bolkartın partnyor şəbəkəsinə aid mağazalarda alış-veriş edən Bolkart taksit kart sahibləri ödəniş müddətlərinə +3 AY HƏDİYYƏ qazanacaqlar.
Yəni, müştərilər 3, 6, 9, 12 və ya 18 aya aldıqları məhsulun ödənişinə +3 ay hədiyyə qazanaraq xərcini müvafiq olaraq 6, 9, 12, 15 və ya 21 aya hissə-hissə ödəyə biləcəklər.
Kampaniyalardan faydalanmaq istəyən şəxslər 30.000 AZN-dək Nağd Pul Krediti və ya Bolkart taksit kartı əldə etmək üçün bankın istənilən filialına (https://goo.gl/WWSUpa) yaxınlaşa, 145 Məlumat Mərkəzi ilə əlaqə saxlaya WhatsApp-dan müraciət edə (+99450 447-00-55) və ya Onlayn kredit sifarişi (https://goo.gl/we7Dov) bölməsinə daxil ola bilərlər.
Qeyd edək ki, Bank of Baku hal-hazırda 5-i regionlarda olmaqla ümumilikdə 18 filialı ilə 1 milyondan çox müştəriyə xidmət göstərir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Oxşar xəbərlər
Bolkart “Gənclər Günü”ndə gəncləri sevindirir!
Nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində mühüm işlərə imza atan ölkənin aparıcı bankı Bank of Baku Gənclər Günü münasibətilə ölkənin ilk taksit kart...