SİZİN REKLAM BURADA!
055 213 76 73


“İmaqro” Şirkəti “İmprotex Group”un tərkibində Azərbaycanda kənd təsərrüfatı texnikalarının satışı ilə məşğuldur.

Həmçinin Improtex şirkətlər qrupuna daxil olan “İmprotex İndustries” zavodunda yüksək keyfiyyətlə müasir standartlara uyğun olaraq istehsal olunan kənd təsərrüfatı təyinatlı qoşqu və avadanlıqların zəmanətlə satışını həyata keçirir.

“İmaqro” Şirkəti Azərbaycanda Amerikanın “AGCO” Şirkətlər qrupunun rəsmi nümayəndəsidir. Amerikanın “AGCO” Şirkətlər qrupunun tərkibində olan Massey Ferguson brendinin kənd təsərrüfatı texnikalarını Azərbaycana idxalını təşkil edirik. Bu texnikalar müxtəlif növ at gücünə malik traktorlardan və kombaynlardan ibarətdir. Beynəlxalq statistikaya əsasən, qlobal satışına görə birinci yerdə olan Massey Ferguson brendi Azərbaycana yeni gətirilmişdir. Buna baxmayaraq, texnikalar fermerlər tərəfindən böyük maraqla qarşılanır. Bu texnikalar həm qiymət və həm keyfiyyət baxımından müştərilərin tələblərinə tamami ilə uyğundur.

Massey Ferguson texnikaları GPS sistemləri ilə təchiz olunub ki, bu da tarlada işləyərkən operatorun artıq yanacaq sərfiyyatına yol verməyinin qarşısını alır. Tam dəqiq ölçülər verən GPS sistemi sayəsində texnika idarə etmə sistemində tarlanın verilmiş ölçülərinə görə tarlada hərəkətini özü tənzimləyir və əkin prosesini 0-3 sm dəqiqliyə qədər həyata keçirir.

İmagro şirkətinin təklif etdiyi texnikalar qiymət baxımından rəqiblərə nisbətən fermerlərə daha əl çatandır. Dövlətimizin kənd təsərrüfatına göstərdiyi qayğı nəticəsində bugünkü gündə Azərbaycanda hər bir fermer istədiyi texnikanı istədiyi Şirkətdən güzəşt qaydalarının tətbiqi ilə əldə edə bilərlər.

Həmçinin, “İmaqro” şirkəti də bu qaydalara uyğun olaraq istənilən növ kənd təsərrüfatı qoşqusunu və texnikasını 40% güzəşt tətbiqi ilə fermerlərimizin istifadəsinə təqdim edir. Əlavə olaraq fermerlərə texnikalar faizsiz 20% ilkin ödənişlə lizinq xətti ilə təklif olunur. Hər mövsümə uyğun olaraq traktorlara, müxtəlif təyinatlı asma qoşqulara, müxtəlif asma avadanlıqlarına və digər kənd təssərüfatı təyinatlı texnikalara tələbat artır və bu tələbatları yerinə yetirmək üçün İmagro şirkəti fermerlərə geniş seçimli məhsullar təklif edir.

Bildiyiniz kimi Traktorlardan əlavə İmrotex İndustries şirkəti Made in Azerbaijan brendi altında müxtləlif təyinatlı qoşquların (lafetlər, yanacaq daşıyan çənlər, su və gübrə səpən çənlər və digər üst qurğu və avadanlıqlar) istehsalını həyata keçirir. Bu texnikalar yüksək keyfiyyətlə və zəmanətlə müştərilərə təklif olunur.

BAKU.WS