“Muradlı-M Group”da koronavirusa görə dezinfeksiya tədbirləri həyata keçirilib - FOTO
Ölkə ərazisində artıq kütləvi formada müəssisələrdə koronavirusa (COVID-19) görə dezinfeskiya işləri aparılır.
BAKU.WS Binəqədi rayonunda yerləşən inşaat malları istehsalçısı və tədarükçüsü “Muradlı-M Group” da koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə ən müasir texnologiya vasitəsilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirib.
“Muradlı M Group”a məxsus istehsalat sahələri, anbarlar, ofis və satış mərkəzlərində dezinfeksiya işləri həyata keçirilib.
Şirkətin sözçüsünün bildirdiyinə görə, risk halları olduğu müddətdə bu cür tədbirlərin daimiliyi planlanmışdır. Əməkdaşlar mütəmadi dezinfeksiya tədbirləri üçün lazımi vasitələrlə təmin edilib, tibbi maskalar və əlcəklərdən istifadəyə keçilib.
Şirkət rəsmisi qabaqlayıcı tədbirlərlə yanaşı müştərilərini də virusa qarşı qorumaq məqsədilə “Muradlı-M Group”a məxsus ərazilərdə məlumatlandırıcı lövhələr yerləşdirdiklərini də bildirib.
Qeyd edək ki, “Muradlı-M MMC” ilk olaraq Azərbaycan Respublikasının suverenliyini aldığı ildən etibarən Muradlı İnşaat mağazaları vasitəsilə müştərilərinə inşaat mallarının topdan satış mərkəzi kimi fəaliyyətə başlayıb.
Hazırda ölkəmizdə keyfiyyət və dözümlülük ənənəsi yaradan boya markası kimi tanınan Panda boyaları, ölkəmizin ilk mebel boyas/lak brendi LİNX və dekorativ tavan künclüyü (həmçinin tavan göbəkliyi) PANAPOL məhsulunun istehsalçısı, Türkiyənin GENÇ boya və verniklərinin, o cümlədən bir çox uzaq şərq və Avropa şirkətlərinin bölgə distribütoru kimi fəaliyyət göstərir. “Muradlı-M Group”un istehsal etdiyi məhsullar İSO 9001;2015 keyfiyyət sertifikatına layiq görülüb.
Qalereya
Oxşar xəbərlər
COVID-19-dan sağalanların sayı - SON RƏQƏMLƏR
Çində yaranan və dünyaya yayılan koronavirus xəstəliyinə (COVID-19) yoluxmuş 169 min 387 nəfərdən 77 min 257 nəfər sağalıb. BAKU.WS xəbər verir ki, virusdan sağ...