Azərbaycan "biznes klass" avtomobillərin istehsalına başlayır - FOTO

Tezliklə Neftçala Sənaye Məhəlləsində yerləşən Avtomobil Zavodunda "biznes klass" sinfinə daxil olan avtomobilin yığımı başlayacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.
E.Axundovun sözlərinə görə, yeni avtomobilin qiyməti 40 min manatdan başlayacaq: "Bu yaxınlarda "Khazar" avtomobilinin tam yeni modeli olan "Khazar CC"nin təqdimatını keçirəcəyik. Bu, biznes sinif modelidir və son növ təchizatlarla təmin olunub. Belə ki, avtomobil avtomat ötürücü qutusuna malikdir.
Artıq 30 ədəd istehsal etdiyimiz "Khazar CC"nin qiyməti modifikasiyasından asılı olaraq 40-45 min manat arasında dəyişəcək. Bazarda rəqiblərimizin təqdim etdiyi eyni komplektasiyalı maşınların qiyməti 56 min manatdan başlayır".
"Azərmaş" rəsmisi əlavə edib ki, yeni avtomobil Çinin bir sıra avtomobil istehsalçıları ilə birgə hazırlanır.
Qalereya

Oxşar xəbərlər
HUAWEI şirkəti HUAWEI AppGallery əsaslı mobil tətbiqlərin ekosisteminin inkişaf planını təqdim etdi
HUAWEI Şirkəti HUAWEI AppGallery tətbiqlər mağazasını bütün dünyadakı müştərilər üçün əlverişli tətbiqlərin yayılması üçün açıq innovasiya platforması etməyə ça...