SİZİN REKLAM BURADA!
055 213 76 73


10.10.2019-cu il tarixində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis edilməsinin 3 illiyinə və Assosiasiyaya fəxri üzvlərin qəbul edilməsinə həsr edilmiş tədbir təşkil edilmişdir. 

Tədbirin açılışında assosiasiyanın sədri Fərhad Qaraşov tədbir iştirakçılarına ANİİA-nın yarandığı gündən bu günə kimi fəaliyyəti, həyata keçirdiyi təlimlər, sosial-mədəni tədbirlər haqqında məlumat verdi.

Daha sonra ANİİA-nın inkişafında mühüm rol oynamış, assosiasiyanın fəaliyyətinin genişlənməsində zəhməti olan şəxslərə (20 nəfər) Təşəkkürnamə təqdim edilmiş, Azərbaycan narının dünya miqyasında tanınmasına köməklik göstərən, incəsənət və ictimai fəaliyyət sahələrində nar mədəniyyətini təbliğ edən şəxslər və təşkilatlar (25 nəfər) Assosiasiyanın fəxri üzvlüyünə qəbul edilmişdir.

Bundan sonra narçılığın inkişafında səmərəli fəaliyyət aparmış, kənd təsərrüfatının bu sahəsinə qayğı göstərmiş, ANİİA-nın qarşısında duran vəzifələrin həyata keçirilməsində təşəbbüslə çıxış etmiş  şəxlərə (4 nəfər) “Azərbaycan narı" döş nişanı ilə təltif edildi.

Tədbirdə dövlət qulluqçuları, iş adamları, ictimai fəallar, jurnalistlər, elm və mədəniyyət xadimləri iştirak etdilər. Rəsmi və bədii hissədən ibarət olan təqdimatın sonunda tədbir iştirakçılarına ziyafət verilmişdir.
BAKU.WS
QALEREYA