ASAN Beynəlxalq Assosiasiyası yaradılacaq - Bakıda Bəyannaməsi imzalandı

24
iyn
2019
16:47
Bakıda təşkil olunan BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində dövlət xidmətlərinin göstərilməsi üzrə ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb.BAKU.WS xəbər verir ki, layihənin təşəbbüskarı ASAN Xidmətdir.Sənədi Mərakeş, Monteneqro, İndoneziya Əfqanıstan, Türkiyə, Uqanda, Azərbaycan və Birləşmiş Ərəb Əmirliyinin nümayəndələri imzalayıblar.ASAN Beynəlxalq Assosiasiyasının yaradılması ilə tərəfdaşlar arasında dövlət xidmətlərinin göstərilməsi sahəsi üzrə unikal əməkdaşlığın qurulması, müvafiq sahədə səmərəli idarəetmə üzrə müasir çağırışları və vacib problemləri müzakirə etmək üçün ekspert, mütəxəssislərin institusional şəbəkələşməsinin yaradılması nəzərdə tutulur.Assosiasiyanın yaradılmasına dair Niyyət Bəyannaməsi çərçivəsində, həmçinin müvafiq sahə üzrə ən qabaqcıl təcrübələrin və ekspertizaların davamlı mübadiləsi üçün institusional platforma təsis olunacaq, dövlət xidmətlərinin göstərilməsində innovasiyaların tətbiqinin təşviqi həyata keçiriləcək.Niyyət Bəyannaməsinin imzalanmasında iştirak edən tərəfdaş dövlətlərin nümayəndələri Dövlət Agentliyinə ASAN Beynəlxalq Assosiasiyasının Təsis Görüşünü təşkil etdiyinə minnətdarlıqlarını çatdırıb, bu təşəbbüsün müstəsna əhəmiyyətini vurğulayıblar.Fərid ƏDALƏT
Oxşar xəbərlər
Mehriban Əliyevaya BMT-nin xüsusi mükafatı təqdim edildi
Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində ölkəmiz BMT-nin xüsusi mükafatına layiq görülüb.BAKU.WS xəbər verir ki, BMT Baş ka...
