Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası təsis olunub

Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası təsis olunub
Sosial 698
Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası təsis olunub.İqtisadiyyat Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bununla bağlı dekabrın 28-də Bakı Biznes Mərkəzində keçirilmiş təsis yığıncağında çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və innovasiyaların tətbiqi istiqamətində həyata keçirilən sistemli və kompleks tədbirləri vurğulayıb.Qeyd olunub ki, dövlət - sahibkar münasibətlərinin genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin əlaqələndirilməsi və müvafiq sahənin inkişafı ilə bağlı təkliflərin hazırlanması məqsədilə indiyədək 20-ə yaxın sahəvi assosiasiya yaradılıb və uğurla fəaliyyət göstərirlər. Niyazi Səfərov Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının sənaye müəssisələri arasında əməkdaşlığın qurulması baxımından əhəmiyyətli olacağını, İqtisadiyyat Nazirliyinin assosiasiyaların fəaliyyətini dəstəkləyəcəyini vurğulayıb.İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Fikrət Qurbanov Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının gələcək fəaliyyəti, bu sahədə qabaqcıl beynəlxalq təcrübə barədə fikirlərini bölüşüblər.Tədbirdə çıxış edən “Asena Ko” MMC-nin direktoru Vahid Hümmətov, “ATEF Şirkətlər Qrupu”nun İdarə Heyəti sədrinin müavini Nadir Kərimov və “Bakı Polad Burazlar” ASC-nin İdarə Heyətinin sədri Zakir Nəsirov maşın və avadanlıq istehsalı sahəsində assosiasiyanın təsis olunmasının sənaye müəssisələrinin fəaliyyətinin təşkili, korporasiya əlaqələrinin günişləndirilməsi və birgə əməkdaşlıq baxımından əhəmiyyətli olacağını qeyd ediblər.Tədbirdə təşkilati məsələlər müzakirə olunub, Assosiasiyanın nizamnaməsi təsdiq edilib, İdarə Heyətinin üzvləri seçilib. “Azərmaş” ASC İdarə Heyətinin sədri Emin Axundov Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri seçilib.BAKU.WS

Oxşar xəbərlər

"Azərbaycan Narı" döş nişanı təsis edilib (FOTO)

"Azərbaycan Narı" döş nişanı təsis edilib (FOTO)

“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” Azərbaycan Respublikasında narçılığın inkişafında, assosiasiyanın fəaliyyətində xidməti və əməyi...

1790 Siyasət 12:45 28 dekabr 2018

Son xəbərlər