Azərbaycanın xaricdə ilk Şərab Evi – FOTO
03
sen
2018
16:13
Sentyabrın 2-də Çin Xalq Respublikasının Urumçi şəhərində “Azərbaycan Şərab Evi” açılıb.İqtisadiyyat Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bu, Azərbaycanın xarici ölkədə açılan ilk Şərab Evidir.Bununla əlaqədar keçirilən tədbirdə hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı, Azərbaycanın şərab istehsalçıları və Çinin şərab satışı ilə məşğul olan şirkətlərinin təmsilçiləri iştirak ediblər.İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə yaradılmış “Azərbaycan Şərab Evi” Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsidir."Made in Azerbaijan" brendinin təşviqi, həmçinin Azərbaycanın şərab və digər spirtli içki məhsullarının Çin bazarında daha çox tanıdılması və satışının təşkili sahəsində fəaliyyət göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.Şərab Evinin daimi fəaliyyət göstərən sərgisində xüsusi dadı və keyfiyyəti ilə seçilən müxtəlif növdə Azərbaycan şərabları nümayiş olunacaq.Açılış tədbirində çıxış edən Çin Xalq Respublikası Sincan Uyğur Muxtar Rayonunun beynəlxalq əlaqələr üzrə rəhbərlər qrupunun rəis müavini Mao Xuey, AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayevdir.Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu, Çinin “YEMA İnternational” şirkətinin vitse-prezidenti Çen Qan, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Elçin Mədətov və başqaları Urumçidə fəaliyyətə başalayan Şərab Evinin Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə, Azərbaycan məhsullarının ixracının artırılmasına töhfə verəcəyini vurğulayıblar.Tədbir çərçivəsində AZPROMO ilə Çinin “YEMA” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, Azərbaycan şərablarına həsr olunmuş mətbuat konfransı keçirilib, şərabçılığın inkişafına dair təqdimat və video-çarxlar nümayiş etdirilib.Çinin şərab satışı ilə məşğul olan şirkətləri üçün Azərbaycan şərablarının dequstasiyası təşkil olunub.Qeyd edək ki, “Made in Azerbaijan” brendinin təşviqi, ixracın və istehsalın stimullaşdırılması, o cümlədən Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və satışının genişləndirilməsi məqsədi ilə xarici ölkələrdə yeni ticarət və şərab evlərinin açılması nəzərdə tutulur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan Çinə mal ixrac edir
“Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası Çin Xalq Respublikasının Urumçi şəhərinə təşkil oluna...